Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?
  • Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
  • Messi yenidən “Barselona” forması geyinəcək – SON DƏQİQƏ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?

Dünya Ariz Əhədov22.06.2026 - 00:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.

Yeniera.az xəbər verir ki, Tramp bu barədə “Fox News”un müxbiri Trey İnqsta bildirib, eləcə də “Truth Social” sosial şəbəkə hesabında yazıb.

“Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəyəm. Siz oranı bağlasanız, ölkəniz olmayacaq. Siz heç öz ölkənizə geri qayıda bilməyəcəksiniz”, – Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) müraciət edərək deyib.

Tramp şənbə günü Hörmüzdən 19 milyon barel neftin keçdiyini bildirib və əlavə edib ki, ABŞ bu marşrut üzərində nəzarəti öz üzərinə götürə və neftin 20 %-ni ala bilər.

“Məcbur qalsaq, boğazı nəzarətə götürməyimiz mümkündür. Əgər onlar razılaşma əldə etməsələr, biz rüsumlar alacağıq”, – o bildirib.

Bundan əlavə, o, İranı “Hizbullah” qruplaşmasının da fəaliyyət göstərdiyi Livandakı proksi qüvvələrini cilovlamağa çağırıb.

“İran Livanda problemlər yaradan yüksək ödənişli proksi qüvvələrinin fəaliyyətini dərhal dayandırmalıdır. Əgər bunu etməsələr, biz keçən həftə etdiyimiz kimi, lakin daha güclü şəkildə İrana yenidən zərbə endirəcəyik!” – Tramp yazıb.

O həmçinin əlavə edib ki, Suriya Prezidenti Əhməd Əl Şaraa Livanın cənubuna daxil olmaq və “Hizbullah”la mübarizəyə qoşulmaq səlahiyyəti vermək imkanını nəzərdən keçirir.

Tramp bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu çərçivəsində müəyyən edilmiş 60 günlük atəşkəs və danışıqlar sadəcə bir seçimdir və bunun müddəti başa çatdıqdan sonra o istədiyi hər şeyi edə biləcək.///Oxu24.com

Bənzər Xəbərlər

21.06.2026 - 23:34Ariz Əhədov

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

21.06.2026 - 23:31Ariz Əhədov

Messi yenidən "Barselona" forması geyinəcək - SON DƏQİQƏ

21.06.2026 - 22:06Ariz Əhədov

"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçını transfer etdi - FOTO

21.06.2026 - 22:04Ariz Əhədov

Elgiz Əkbərin yeni işi - burda ÇALIŞACAQ

21.06.2026 - 22:02Ariz Əhədov

50 yaşlı Sahil Paşayevin cansız bədəni TAPILDI

21.06.2026 - 22:01Ariz Əhədov

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb — Həbs olunanlar var

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

21.06.2026 - 19:15Ariz Əhədov

İsmayıl İmanzadə vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 771

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 193

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 350

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.