ABŞ prezidenti Donald Tramp “The New York Times” (NYT) qəzetinə qarşı böhtana görə 15 milyard dollar tələb edərək yenidən məhkəməyə müraciət edib.
Yeniera.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Keçən ay, nəşrin xatırladığı kimi, federal hakim ilkin iddianı rədd edib və məhkəmə iddiasının siyasi tonunu kəskin şəkildə tənqid edib. Florida ştatının Tampa şəhərindəki ABŞ Dairə Məhkəməsinə verilən düzəliş edilmiş şikayət NYT-nin, onun üç müxbirinin və “Penguin Random House”-un bəyanatlarına yönəlib.
Trampın vəkilləri onları zərərli, böhtan və alçaldıcı adlandırıblar.
Yeganə

