13 illik münaqişədən sonra Suriyanın bərpası 216 milyard dollara başa gələcək.
Yeniera.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Asharq al Awsat” qəzeti məlumat yayıb.
O, 2011-2024-cü illər hərbi əməliyyatlarından infrastruktura və yaşayış binalarına dəyən birbaşa fiziki ziyanı 108 milyard dollar qiymətləndirir.
Hələb, Rif Dimaşq və Homs əyalətləri ən çox zərər çəkib və yaxın illərdə böyük investisiya tələb olunacaq.
Hesabata görə, ərəb respublikasının real ÜDM-i 2010-cu ildən 2022-ci ilə qədər 53%, nominal ÜDM isə 67,5 milyard dollardan 21,4 milyard dollara düşüb.

