“İradəlilər Koalisiyası Ukraynanın enerji təhlükəsizliyini dəstəkləməyə və Rusiyaya təzyiqi davam etdirməlidir”.
Yeniera.az “Sky News”a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İradəlilər Koalisiyasının üzvləri qarşısında çıxış edərkən deyib.
“ABŞ-nin sanksiyaları, şübhəsiz ki, dönüş nöqtəsidir. Sanksiyaların effektivliyi, Rusiyanın hərbi maliyyələşdirməsinə təsir etməlidir”, – o vurğulayıb.
Makron əlavə edib ki, koalisiya sanksiyaların ideal tamamlayıcısı olan Rusiyanın kölgə donanması probleminin həllində böyük irəliləyiş əldə edib.

