Beynəlxalq təcrübədə ilk dəfə olaraq MDB-nin xüsusi xidmət orqanları və KTMT sülhməramlı qüvvələri birgə təlimlər keçiriblər.
Yeniera.az xəbər verir ki, bunu MDB Antiterror Mərkəzinin rəisi, general-polkovnik Yevgeni Sısoyev bildirib.
“Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində antiterror təlimlərinin sülhməramlı əməliyyatlarla birləşdirildiyi ilk nümunədir”, – Sısoyev deyib
O, bu təlimlərin MDB ölkələri arasında Əfqanıstanla ən uzun sərhədi olan Tacikistanın Düşənbə şəhərində keçirilməsinin strateji əhəmiyyətini qeyd edib.
Sısoyev təlimlər zamanı nümayiş etdirilən peşəkarlığı və koordinasiyanı yüksək qiymətləndirib
“Bugünkü kollektiv, yaxşı əlaqələndirilmiş hərəkətlər bir daha sübut etdi ki, bizim birgə səylərimiz yüksək səmərəli nəticələr verə bilər”, – general qeyd edib.
Rza Əli

