• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
11°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home Siyasət

"Bu, mənəviyyatsızlıqdır" - Sərdar Cəlaloğlu Elman Nəsirovu müdafiə etdi

27 Oktyabr, 25 / 13:17
A A
"Bu, mənəviyyatsızlıqdır" - Sərdar Cəlaloğlu Elman Nəsirovu müdafiə etdi

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.

Bakupost.az bu hadisəyə münasibət bildirmək üçün daim müxtəlif debatlarda deputata opponentlik edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluya müraciət edib.

“Konstitusiyaya görə, vətəndaşların şəxsi həyatı toxunulmazdır. Millət vəkilini bu addımına görə ictimai müzakirəyə çıxara bilmərik”, – deyən Sərdar Cəlaloğlu bu məsələdə Elman Nəsirova haqq qazandırıb.

Onun sözlərinə görə, ölkədə həyat yoldaşını boşayıb yenidən evlənən minlərlə adam var:

“Parlamentdə başqa deputatlar da var ki, ikinci dəfə ailə qurub. Eləcə Vladimir Putin prezident olarkən boşanıb ikinci dəfə ailə qurdu. Ona görə də mən hesab edirəm ki, bu məsələni gündəmə gətirmək, bundan KİV-də Elmana qarşı istifadə eləmək mənəviyyatsızlıqdır və mən bunu qınayıram. Sadəcə olaraq ,indi onun qızının bir iddiası varsa və atasından qanuna uyğun olaraq bir yardım almayıbsa, məhkəməyə müraciət edə bilər. Əslində biz dəqiq bilmirik, bəlkə Elman Nəsirov vaxtlı-vaxtında alimentini verib və ya öz əmlakından pay ayırıb. İctimai-siyasi proseslərdə həyat və ailə-məişət problemlərini müzakirəyə çıxarmaq cəmiyyətin apolitik vəziyyətdə olması ilə bağlıdır. Adamlar bir korrupsionerin milyardlarla pul oğurlanmasından daha çox, bir adamın ikinci dəfə ailə qurmasını müzakirəyə etməyə meyllənirlər. Bu təhlükəlidir və göstərir ki, cəmiyyətdə siyasi səviyyə getdikcə aşağı düşür, qeyri-siyasi məsələlər daha çox aktuallaşmağa başlayır”.

Ən son xəbərləri bizim YouTube kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Saleh Səmədovun rəis oğlu da vəzifəsindən azad edildi

Növbəti Yazı

AYNA bu ərazidə süni şəkildə tıxac yaradır - Deputat TƏNQİD ETDİ

XƏBƏR LENTİ

13 min avroluq plaş?-Neftçala icra başçısının geyimi gündəm OLDU

Sabahın havası açıqlandı

Bu ərazilərə yağış yağır

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü

Prezident həmkarını təbrik etdi

Neftimizin bu günə olan QİYMƏTİ

DYP sürücülərə müraciət etdi

Azərbaycanda bu şəxslərə ev veriləcək

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.