“Türkiyə Qəzzada yaradılan beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakla bağlı təmaslarını davam etdirir”.
Yeniera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrda Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla görüşən yeddi ölkədən olan həmkarları ilə Qəzza ilə bağlı İstanbulda keçirdiyi görüşdən sonra bildirib.
“Yaxın günlərdə yaradılması planlaşdırılan Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin məqsədləri və tərkibini müzakirə etdik. Biz yekdilliklə bu prosesin atəşkəs sazişini imzalayan ölkələrin vasitəçiliyi və Fələstin tərəfinin razılığı ilə baş tutması ilə bağlı fikir mübadiləsi apardıq.
Danışıqlar apardığımız ölkələr beynəlxalq sabitləşdirici qüvvələrin məqsəd və səlahiyyətləri əsasında qərar verəcəklərini bəyan etdilər. Prezident Rəcəb Tayyib Ərdoğanın atəşkəs sazişini imzalayan dörd liderdən biri olduğu Türkiyəyə gəlincə, biz bölgədə sülhün əldə olunması üçün hər cür səy göstərməyə hazırıq.
Bu istiqamətdə diplomatik təmaslarımız və səylərimiz davam edir”, – deyə Fidan bildirib.
Yeganə

