Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniera.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Quşçuluq fabriki yaxınlığında olub.
Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Anar Bədəlovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən qarşısına qəfil at çıxıb.
Qəza nəticəsində xəsarət alan A.Bədəlov rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.




