• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
13°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home REDAKSİYANIN SEÇİMİ

Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar

18 Noyabr, 25 / 10:20
A A
Kapitan həbsdən məktub göndərdi - Generala ağır ittihamlar

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalov da daxil olmaqla, 9 nəfərin 3 milyon manata yaxın pulunu ələ keçirmə ittihamı ilə həbs edilən kapitan Ayaz Bayramov istintaq təcridxanasından müraciət ünvanlayıb.

Kapitanın 28 vərəqlik yazılı müraciəti “Qafqazinfo”ya göndərilib.

FHN-də xidmət etmiş A.Bayramov böyük dələduzluq cinayəti ilə bağlı mühakimə edilsə də, özünü təqsirli bilmir. O, həbsinə görə general Raul Zeynalovu günahlandırır, ilk gündən ona qarşı ittihamları səngimir.

Ayaz Bayramovun sözlərinə görə, Raul Zeynalov ona bütün pulları faizə verib. Hətta qardaşı Nofəl Zeynalovu da bu işə qoşub. O deyir ki, sonradan aralarında ticarət yönümlü pul münasibətləri pozulub, elə bunun ardınca Raulun təşəbbüsü ilə həbsə atılıb: “Mən bu gün Raul Zeynalova görə həbsdəyəm. Sifarişçi odur. Digər zərərçəkmişlər də məhz onun ssenarisi ilə mənə qarşı ifadə veriblər. Gənc yaşlarımdan xurma alveri ilə məşğul olmuşam. Kasıb oğlan idim, bu alverlə dolanırdım. Raul Zeynalov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini keçəndən sonra mənim bu işlə məşğul olduğumu öyrəndi. Yanına çağırıb dedi ki, mən alverin üçün sənə böyük məbləğdə pullar verə bilərəm. Amma faizə verdiyi üçün rəsmi müqavilə bağlamadıq. Müxtəlif vaxtlarda ondan böyük məbləğdə pullar götürdüm, faizi ilə geri qaytardım. Dediyim kimi faizi ilə… Bir neçə dəfə də onun qardaşı Nofəldən pul götürüb faizi ilə geri qaytarmışam. Yeri gəlmişkən, Raul mənim verdiyim faiz pulla qardaşına avtomobil də almışdı. Amma şikayətində yazıb ki, mən onu aldatmışam, dələduzluqla 1 milyon manata yaxın pulunu ələ keçirmişəm. Məni ilk dəfə prokurorluğa çağırandan sonra ona zəng etdim, nə baş verdiyini soruşdum. Raul Zeynalov “Sənin başına hələ çox oyunlar açacağam. Gətir gizlətdiyin pulları ver. Yoxsa nə səndən, nə ailəndən əl çəkənəm. Hamısını həbs etdirəcəyəm”, – deyərək mənə hədə-qorxu gəldi. Hətta o və yanında gətirdiyi iki “zərərçəkmiş” üstümə hücum çəkib qolumu burdular. Həbs olunduğum gün də mənim pulumla aldığı maşında oturub gülürdü”.

Kapitan bildirib ki, 2 il ərzində Raul Zeynalova külli miqdarda pul qazandırıb. Məhz bu pullar hesabına general özünə və yaxınlarına lüks avtomobillər alıb: “Mənim hesabıma qazandığı pulları əyləncəyə xərcləyirdi. Bəzi hallarda xidməti otağına qadınları çağırırdı. Nazirliyin adına xələl gətirən hərəkətlər etdiyinə görə də axırda nazirin əmri ilə vəzifəsindən azad edildi”.

Təqsirləndirilən kapitan digər zərərçəkmişləri elə R.Zeynalovun öyrətdiyini deyir. Onlardan biri də FHN-də şöbə müdiri işləmiş polkovnik-leytenant Yasin Muradovdur. Muradov da bir müddət ona faizlə pul verib.

Kapitan hətta generalı xaricdə yaşayan söyüş müxalifəti ilə əlaqəsinin olması ilə ittiham edib. Həmin bloqerlərdən biri vasitəsilə ona qarşı internet üzərindən qarayaxma aparıldığını müraciətində qeyd edib. O, dörd divar arasından yazdığı müraciəti ilə ictimaiyyətin diqqətini bu məsələyə çəkməyi, cinayət işinin dərindən araşdırılmasını istəyir.

Qeyd edək ki, iş hazırda Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə araşdırılır. A. Bayramova xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə verilmiş ittiham sübuta yetirilsə, onu 14 ilə kimi həbs gözləyir.

Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin @yeniera
Öncəki Yazı

Pensiyaçılara ŞAD XƏBƏR! Yanvar ayından artıq... - VİDEO

Növbəti Yazı

Azərbaycan XİN Omanı və Latviyanı təbrik edib

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.