Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 92 yaşlı kişi kafedə öldü
  • Küləklə bağlı – Xəbərdarlıq
  • Bugünkü əməliyyatda saxlanılanların – Adları
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»“Ukrayna-Rusiya gərginliyinin mənbəyi Aİ və Britaniyadır” – Politoloq

"Ukrayna-Rusiya gərginliyinin mənbəyi Aİ və Britaniyadır" - Politoloq

Siyasət Ariz Əhədov18.11.2025 - 17:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Rusiya-Ukrayna münaqişəsinin dayandırılması ABŞ prezidenti Donald Trampın əsas hədəflərindən biridir”.

Bu fikirləri Yeniera.az-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Onun sözlərinə görə, Tramp hələ prezidentliyə qədər – seçki kampaniyasını aparanda deyirdi ki, müharibəni dayandıracaq:

“Lakin bu məsələnin öhdəsindən gəlmək o qədər də asan deyil. Faktiki olaraq, hazırda Tramp şahmat üsulundan istifadə edərək, atla gediş edib yenidən Türkiyəni gündəmə gətirir. Əlbəttə, Türkiyənin burada öz marağı var, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə strateji müttəfiqlik münasibətlərini qoruyur. Ərdoğan Ukrayna münaqişəsində az-çox dividend qazanmış siyasətçidir. Çünki Türkiyədə danışıqlar aparıldı, taxıl razılaşması əldə olundu. Məlumdur ki, Stiv Uitkoff Trampın şəxsi nümayəndəsi kimi prosesləri tənzimləyir”.

T.Abbasov qeyd edib ki, burada məsələyə daha çox münasibət bildirən Rusiyadır. Əgər Rusiyanı razı sala bilsələr, ola bilsin ki, məsələ həll müstəvisinə yol tapsın:

“Əlbəttə ki, müharibələrin hamısı yüngül formada başlasa da, sonra onların alovları yeni areallara keçir, ona görə də müharibələrin qarşısını almaq çox çətin məsələdir. Bu baxımdan Ukrayna-Rusiya münasibətləri də son dərəcədə gərgindir və bu gərginliyin də mənbələri Avropa qitəsindədir. Çünki burada Böyük Britaniya və Avropa İttifaqının barışmaz mövqeyi özünün mənfi rolunu oynayır. Onlar heç bir vəchlə istəmirlər ki, bu qarşıdırmada sabitlik yaransın və sülh yoluna çıxışlar tapılsın. Aİ və Britaniyanın burada öz maraqları var. Britaniya hazırda daha çox ABŞ ilə münasibətlərini qızğın bir tərzdə çözməyə çalışır. Çünki Vaşinqtonla London arasında daimi rəqabət var. Ona görə də Stiv Uitkoffdan çox şey asılı olacaq, təbii ki, o Trampdan öz təlimatların alıb və nə qədər dərin çeviklik nümayiş etdirsə də, bir o qədər işin xeyrinə olacaq. Bəlkə bu məsələdə Türkiyə variantı ən münasib və işlək bir mexanizmə çevriləcək. Hər bir halda Türkiyə bundan çəkinməyəcək, çünki Ərdoğanın da istəklərindən biri odur ki, onun imzası sülh proseslərində həkk olunsun”.

Ariz Həsənoğlu

Bənzər Xəbərlər

23.04.2026 - 17:43Ariz Əhədov

92 yaşlı kişi kafedə öldü

23.04.2026 - 17:05Ariz Əhədov

Küləklə bağlı - Xəbərdarlıq

23.04.2026 - 16:50Ariz Əhədov

Bugünkü əməliyyatda saxlanılanların - Adları

23.04.2026 - 16:25Ariz Əhədov

“Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü - Fotolar

23.04.2026 - 16:12Ariz Əhədov

10 gün dərs olmayacaq - Tarixlər 

23.04.2026 - 15:47Ariz Əhədov

Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

23.04.2026 - 15:33Ariz Əhədov

TƏCİLİ! Bu qurumda həbslər BAŞLADI

23.04.2026 - 15:05Ariz Əhədov

Metroda qatarların hərəkəti tam bərpa olundu

23.04.2026 - 14:53Ariz Əhədov

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 162

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:264. 970

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 918

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 106
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.