Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə nömrələrin dövrü bitir.
Yeniera.az bildirir ki, ajans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni standartlara əsasən, artıq region kodu 2 yox 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.
ilk 3 rəqəm — region kodu,
ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,
son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

