• Layihələr
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media Kodeksi
12°C Bakı
Yeniera.az
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1
No Result
View All Result
Yeniera.az
No Result
View All Result
Home REDAKSİYANIN SEÇİMİ

"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

24 Noyabr, 25 / 18:35
A A
"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

Son günlər xaricdə məskunlaşmış və “söyüş blogerləri” kimi tanınan Tural Sadıqlının, Məhəmməd Mirzəlinin paylaşımları müzakirə olunur. Hər iki şəxs ötən həftəsonu videomüraciət yayaraq bildiriblər ki, indən sonra rəhbəri olduqları “Azad Söz” və “Made in Azerbaijan” səhifələri fəaliyyətlərini dayandırır. Səbəb kimi maddi imkanlarının tükəndiyini deyiblər.

T.Sadıqlı bildirib ki, işi davam etdirmək üçün ayda ən az 3 min avro vəsait lazımdır. M.Mirzəli də eyni arqumentləri söyləyib. Hər iki blogerin fikri budur ki, əgər dəstək alarlarsa, səhifələri dayanmayacaq, əks halda, bu işi aparmaq mümkün olmayacaq.

Sözügedən açıqlamalardan sonra bəzi rəylərdə deyildi ki, bu, oyundur, əlavə pul yığmaq üçün belə davranılır. Başqa rəylər isə belədir ki, onlara sponsorluq edənlər vəsaiti dayandırdıqları üçün çətinliklə üzləşiblər.

Amma əsas versiyaya görə, xaricdəki söyüş blogerlərini Ramiz Mehdiyev və ona bağlı çevrələr maliyyələşdirirdi. Mehdiyevlə bağlı həbs qərarı verildikdən, araşdırma, istintaq başladıqdan sonra vəziyyət dəyişib, xaricdəkilərə ötürülən pullar kəsilib.

Məsələyə dərindən baxdıqda, proseslərə məntiqlə yanaşdıqda bu rəy çox da inandırıcı görünmür. R.Mehdiyevin gizli siyasi müttəfiqlərinin olduğu barədə indiyə kimi çox deyilir, yazılır. Onun radikal müxalifətlə – xüsusilə də AXCP sədri Əli Kərimli, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ilə əlaqələri barədə mediada, sosial şəbəkələrdə məlumatlar yayılıb. Yəqin ki, bütün bunlar istintaq tərəfindən araşdırılıb, müəyyənləşdiriləcək və hüquqi qiymət veriləcək.

Yeniera.az Globalinfo.az-a istinadla xəbər verir ki, xaricdəki blogerlərin əsas sponsoru SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan Adnan Əhmədzadədir. Onun əsas məqsədi biznes rəqiblərini xaricdəki bu şəbəkə vasitəsilə hədəfə çıxarmaq, onlar haqda yalan-doğru məlumatları ictimai rəyə bu şəkildə ötürmək və həmin şəxsləri nüfuzdan salmaq olub. A.Əhmədzadənin özünə siyasi rəqib gördüyü şəxslərə qarşı da bu şəkildə qara PR təşkil etdirdiyi iddia olunur. Mənbənin məlumatında vurğulanır ki, əsas maliyyə mənbəyi İstanbuldakı mərkəz (“İstanbul ocağı”) olub və pullar ordan paylanıb. Bəzi hallarda nağd, bəzi hallarda isə kartlara, hesablara köçürülmə yolu ilə bu işlər idarə və koordinasiya olunub.

Deyilənə görə, Adnan Əhmədzadənin izi itirmək üçün bəzən özü haqda xaricdəki blogerlərə “ifşaedici” məlumatlar ötürürmüş. Bununla da elə rəy yaradıb ki, guya bu şəbəkənin hədəfindədir.

Mesajla paylaşın @yeniera
Öncəki Yazı

MMU-da Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

Növbəti Yazı

Almaniya kansleri Rusiyanın G8-ə qayıtmasını İSTİSNA EDİB 

 

XƏBƏR LENTİ

DTX-dan əməliyyat: Əli Kərimlinin daha bir adamı SAXLANILDI

Bakıda tanınmış həkim vəfat etdi - FOTO

Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK

“Etibarlı Tərəfdaş Konsepsiyası” təsdiq edilib - SƏRƏNCAM

İlham Əliyev sərəncam imzaladı

Salyanda tüstüdən zəhərlənənlərin sayı 18-ə çatıb

Əli Kərimlinin şikayəti təmin edilmədi

Bahar Muradova Cəlilabadda vətəndaşları qəbul edib

Məktəbdə kütləvi zəhərlənmə, 13 nəfər xəstəxanaya yerləşdirildi

“Mehdiyev işi” böyüyür: AMEA rəhbərliyi də siyahıda…

Bu şəxslərin vərəsələrinə müavinət ödəniləcək

Hikmət Hacıyev NATO nümayəndəsi ilə görüşüb

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR - FOTO

İş günlərinin yeri dəyişdirildi 

ETX: "Cloudflare" xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib

Rusiya və Hindistan birgə bəyanat qəbul edib

Sərnişin avtobusu ilə yük maşını toqquşub - 1 ölü

İsrail hərbi büdcəsini 35 milyard dollara qədər artıracaq

İran XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub

"Ayaks"ın Bakıya səfər planı bəlli olub

Populyar xəbərlər

Logo

"Yeniera.az saytı və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • REDAKSİYANIN SEÇİMİ
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Media
  • İdman
  • Formula-1
  • Özəl
  • Son Dəqiqə
  • Manşet

Bütün hüquqları qorunur. Yeniera.az - © 2025

Yeniera.az
No Result
View All Result
  • Gündəm
  • Özəl
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • Formula-1

© 2025 Yeniera.az - İnformasiya Portalı. Bütün hüquqları qorunur.