Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maciej Wewer bildirib ki, Polşa İrkutskdakı Baş Konsulluğunu bağlamaq üçün heç bir səbəb görmür.
Yeniera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Biz Rusiyanın razılığı ləğv etmək qərarını qəbul etdik, baxmayaraq ki, bunun üçün heç bir əsas olmadığına inanırıq”, – diplomat bildirib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya dekabrın 30-dan etibarən Polşanın İrkutskdakı Baş Konsulluğunun fəaliyyət göstərməsi ilə bağlı verdiyi razılığı ləğv etmək qərarına gəlib.
Xatırladaq ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Qdanskdakı son konsulluğunun bağlanması barədə qərar qəbul edib.
Yeganə

