4 dekabrdan etibarən “CineMastercard” kinoteatrlar şəbəkəsində “Soyut Dışavurumcu Bir Dostluğun Anatomisi Veyahut YAN YANA” adlı türk komediyasının eksklüziv nümayişi başlayır.
Yeniera.az xəbər verir ki, məşhur fransız filmi “Toxunulmazlar” (1+1) əsasında çəkilən bu ekran işi rejissor Mert Baykalın təqdimatında türk yumoru, səmimiyyəti və müasir baxış bucağı ilə yenilənib.
Filmdə Haluk Bilginer, Feyyaz Yiğit, Hatice Aslan, Bige Önal və Şevval Sam kimi tanınmış aktyorlar rol alır.
Hekayə qəzadan sonra iflic olmuş aristokrat bir kişi ilə çətin mühitdə böyüyən, şən və enerjili bir gəncin gözlənilməz dostluğundan bəhs edir. Fərqli həyatlarına baxmayaraq, bu iki insanın arasında hər ikisinin taleyini dəyişən dərin bir bağ yaranır.
Komediya yalnız “CineMastercard” kinoteatrlarında nümayiş olunacaq və tamaşaçılara həm gülüş, həm də duyğulu anlar vəd edir.

