Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Cavid Abdullayev “İSTİAD”ın Azərbaycanda nümayəndəsi seçildi
  • Əli Əsədov QƏRAR İMZALADI
  • Metronun yeni stansiyası bu ərazidə olacaq – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Benzinlə bağlı təcili xəbər – Qiymət gündəmdə

Benzinlə bağlı təcili xəbər – Qiymət gündəmdə

REDAKSİYANIN SEÇİMİ Emin Farzaliyev27.01.2026 - 11:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Benzinlə bağlı YENİ XƏBƏR – Qiyməti…

Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında struktur dəyişikliklərinin getdikcə dərinləşdiyini göstərir.

Bir tərəfdən yüksək oktanlı benzin istehsalında ciddi azalma müşahidə olunur, digər tərəfdən isə dizel yanacağının istehsalı sürətlə artır.

Bu ziddiyyətli dinamika cəmiyyətdə əsasən bir sualı aktuallaşdırır: yaxın dövrdə Azərbaycanda benzinin, xüsusilə də “Aİ-95” markalı benzinin qiyməti arta bilərmi?

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə cəmi 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 45 faizdən çox azalma deməkdir. Paralel olaraq, dizel yanacağının istehsalı əks istiqamətdə hərəkət edib. 2025-ci ilin yanvar-noyabr aylarında 2 milyon 329 min tondan artıq dizel yanacağı istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faizdən çox artım deməkdir. Bu fərq təsadüfi deyil və bir neçə iqtisadi, texnoloji və strateji amillə bağlıdır.

Akif Nəsirli

Yeniera.az xəbər verir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, burada əsas səbəblərdən biri Azərbaycanın neft emalı sənayesinin hələ də tam modernləşdirilməməsidir.

Onun sözlərinə görə, ölkədə dizel yanacağının istehsalı texnoloji baxımdan daha asan və daha ucuz başa gəlir:

“Halbuki “Aİ-95” kimi yüksək oktanlı benzin növləri üçün daha mürəkkəb emal prosesləri tələb olunur. Bu isə istehsal xərclərini artırır və zavodları dizelə üstünlük verməyə vadar edir”.

Akif Nəsirli hesab edir ki, daxili tələbatın əhəmiyyətli hissəsi hələ də dizel yanacağına yönəlib, xüsusilə də yük daşımaları, kənd təsərrüfatı və tikinti sektorunda dizelin payı daha böyükdür:

“Digər mühüm məqam idxaldan asılılıq məsələsidir. “Aİ-95” benzininin istehsalının azalması avtomatik olaraq bu növ yanacaq üzrə idxalın artması riskini yüksəldir. İdxal isə birbaşa olaraq dünya bazarındakı qiymətlərdən və valyuta xərclərindən asılıdır. Əgər daxili istehsal tələbatı ödəmirsə və dünya bazarında neft məhsullarının qiymətində artım baş verərsə, bu, gec-tez daxili bazara da təsir göstərəcək. Xüsusilə “Aİ-95” markalı benzinin qiymətinin sabit qalması uzunmüddətli perspektivdə çətin görünür”.

Ekspertin sözlərinə görə, dizel istehsalının artması hökumətin və enerji sektorunun prioritetlərinin göstəricisidir:

“Dizel həm ixrac potensialına malikdir, həm də daxili iqtisadiyyat üçün strateji əhəmiyyət daşıyır. Benzin isə əsasən minik avtomobilləri ilə bağlıdır və sosial baxımdan həssas məhsul sayılır. Məhz bu səbəbdən dövlət indiyədək benzinin qiymətini inzibati mexanizmlərlə müəyyən qədər nəzarətdə saxlayıb. Lakin bazar reallıqları uzun müddət inzibati qərarlarla ziddiyyət təşkil edə bilməz”.

İqtisadçı bildirib ki, əgər neft emalı zavodlarının modernləşdirilməsi sürətlənməzsə və “Aİ-95” istehsalı artırılmasa, hökumətin qarşısında iki seçim qalacaq: ya idxalı genişləndirmək və büdcədən əlavə subsidiyalar ayırmaq, ya da qiymət artımına getmək:

“Birinci variant büdcə üçün əlavə yük yaradır, ikinci variant isə sosial narazılıq riskini artırır. Buna görə də yaxın aylarda kəskin qiymət artımı ehtimalı yüksək olmasa da, orta müddətli dövrdə, xüsusilə dünya bazarlarında qiymət dalğalanmaları fonunda benzinin bahalaşması real ssenari kimi dəyərləndirilə bilər”.

Bənzər Xəbərlər

30.04.2026 - 15:12Ariz Əhədov

Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

30.04.2026 - 14:03Ariz Əhədov

Əli Əsədov QƏRAR İMZALADI

30.04.2026 - 13:25Ariz Əhədov

Mayın ilk günü hava necə olacaq?

30.04.2026 - 13:13Ariz Əhədov

Psixiatriya Xəstəxanasında 38 yaşlı şəxsin meyiti tapıldı

30.04.2026 - 13:00Ariz Əhədov

Boğazında yemək qalan 1 yaşlı körpə öldü

30.04.2026 - 12:46Ariz Əhədov

Millimiz Pakistan yığmasına qalib gəldi

30.04.2026 - 12:41Ariz Əhədov

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir

30.04.2026 - 12:33Ariz Əhədov

Dövlət çörəyin qiyməti ilə bağlı qərar verdi

30.04.2026 - 12:20Ariz Əhədov

"Dəfn pulu"nu almaq sabahdan asanlaşdırılır - YENİLİK

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 303

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 083

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 957

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 177
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.