Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO
  • Dəhşətli helikopter qəzası: məşhur müğənni öldü – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Sosial müavinətlər və veteran pulları da artacaq? – MÜHÜM AÇIQLAMA

Sosial müavinətlər və veteran pulları da artacaq? - MÜHÜM AÇIQLAMA

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov10.02.2026 - 12:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Pensiyalarda 9,2 faizlik artım təsdiqləndi. İndi isə diqqətlər sosial müavinətlərə və veteranlara ödənilən yardımların taleyinə yönəlib. Maraqlıdır, veteran müavinətlərində artım gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı artıq rəsmi qərar mövcuddur və pensiyalar müvafiq qaydada artırılacaq.

Onun sözlərinə görə, indeksləşmə yalnız pensiya və əməkhaqqı kimi daimi ödənişlərə tətbiq olunur:

“Əmək pensiyaları indeksləşmədən sonra həmin faiz qədər artırılacaq. Bu barədə qərar var. Lakin sosial müavinətlər, o cümlədən veteran müavinətləri pensiya hesab olunmadığı üçün indeksləşməyə tabe deyil. Çünki bunlar sosial yardım xarakteri daşıyır”.

V.Oruc qeyd edib ki, indeksləşmə anlayışı inflyasiya səviyyəsi, istehlak səbətindəki dəyişikliklər və orta əməkhaqqının əvvəlki illə müqayisədə artımı kimi göstəricilərə əsaslanır:

“İndeksləşmə yalnız daimi ödənişləri əhatə edir. Hər hansı sosial yardımdan söhbət gedirsə, o, indeksləşmir. Sadəcə olaraq, sosial yardımın məbləği ayrıca qərarla artırıla bilər”.

Ekspert əlavə edib ki, Azərbaycan sosial dövlət olduğu üçün indeksləşmədən sonra sosial müavinətlər və veteranlar üçün müəyyən olunmuş ödənişlərin artırılması məqsədəuyğun olardı:

“İndeksləşmənin sosial müavinətlərə aidiyyəti yoxdur. Amma dövlət tərəfindən bu müavinətlərin artırılması istiqamətində ayrıca qərarların qəbul edilməsi arzuolunandır”.

Bənzər Xəbərlər

15.06.2026 - 09:13Ariz Əhədov

Xəzər sahilində daha bir xoşagəlməz görüntü – VİDEO

14.06.2026 - 17:54Ariz Əhədov

Sevda Şirəliyeva vəfat etdi - FOTO

14.06.2026 - 17:21Ariz Əhədov

İyunun 15-i ilə bağlı bu şəxslərə MÜHÜM XƏBƏR

14.06.2026 - 14:15Ariz Əhədov

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ! - Sistem kökündən DƏYİŞİR

14.06.2026 - 13:55Ariz Əhədov

Hava kəskin dəyişir - Sabahla bağlı XƏBƏRDARLIQ

13.06.2026 - 21:31Ariz Əhədov

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

13.06.2026 - 15:34Ariz Əhədov

“Kəramət Böyükçölün illik qazancı 350-400 min manatdır” - VİDEO

13.06.2026 - 15:27Ariz Əhədov

Sürücülər bu xəbəri mütləq oxusun!- XƏBƏRDARLIQ

13.06.2026 - 13:38Ariz Əhədov

"Elə kişi yoxdur ki, iri sinə xoşlamasın" - Psixoterapevtdən QALMAQALLI SÖZLƏR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 760

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 345

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:155. 152

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 059
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.