Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır
  • Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO
  • Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Milyonlar alan Kapital Bank rəhbərliyinin səhvi: m10-da kütləvi pul axını

Milyonlar alan Kapital Bank rəhbərliyinin səhvi: m10-da kütləvi pul axını

İqtisadiyyat Ariz Əhədov13.02.2026 - 20:51
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“m10 Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqidir. Platforma PashaPay elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı “Kapital Bank”dır. Son illərdə m10-un sürətli böyüməsi və geniş funksionallığı onu bazarın əsas oyunçularından birinə çevirmişdi.

Lakin son günlər bu elektron pulqabı ətrafında ciddi hadisələr baş verdi. m10 müştəriləri öz hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan vəsait axınları olduğunu qeydə alıblar”.

Bakupost.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz son günlər m10 elektron pulqabısı ilə bağlı xaotik durumu şərh edərkən bildirib.

Çox sayda istifadəçinin hesablarında böyük məbləğdə pul görünməyə başladığını bildirən ekspert bu kütləvi vəziyyətə görə hesabların müvəqqəti dondurulduğuna, əməliyyatlara limitlər tətbiq olunduğuna diqqət çəkib:

“PashaPay MMC məsələ ilə bağlı açıqlama verərək, qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini və sistemin bərpa edildiyini, həmçinin üzrxahlığını bildirib.

Lakin sosial mediada və mediada aparılan müzakirələr göstərir ki, söhbət milyonlarla manatlıq qanunsuz pul dövriyyəsindən gedə bilər.
Diqqətçəkən məqam isə budur ki, bu, ilk hal deyil. Mərkəzi Bank bundan əvvəl də “PashaPay”ə qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri üzrə məcburi göstərişlər və inzibati tədbirlər tətbiq edib.

Son hadisə ilə bağlı cinayət işinin başlanması və həbslər barədə məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur”.

Osman Gündüz baş verənlərin texniki nasazlıqdan daha çox risklərin zəif idarə olunması problemini göstərdiyini vurğulayıb:

“Xatırladaq ki, m10 Binance kriptobirjası ilə inteqrasiya olunmuşdu. Kripto, xarici merchant və elektron pulqabı zənciri isə yüksək riskli sahədir və bu inteqrasiya fonunda vaxtında və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi ehtimalı kifayət qədər real görünür.

Bu hadisədə diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir. Adətən hər ilin sonu bankın ali rəhbər şəxslərinin bonuslar daxil olmaqla illik milyonlarla əməkhaqqı aldığı bildirilir.

Bu səviyyədə gəlir və imtiyaz varsa, risklərin idarə olunması, nəzarət və məsuliyyət, işin keyfiyyəti də eyni səviyyədə olmalı idi. Təəssüf ki, baş verənlər bunların eyni səviyyədə olmadığını göstərir.

Düşünürəm ki, bu tip hadisələr elektron pulqabılar və fintech platformalarına etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala və ölkə üzrə çirkli pul axınları üçün zəmin yarada bilər.

Ona görə də təhlükəsizlik standartları vahid və məcburi olmalı, banklar isə sahib olduqları fintech platformalarına görə formal yox, ciddi məsuliyyət daşımalıdır.”

Bənzər Xəbərlər

29.04.2026 - 22:47Ariz Əhədov

Xalq artisti ilə bağlı ÜZÜCÜ XƏBƏR: Ağır durumdadır

29.04.2026 - 22:08Ariz Əhədov

Ramiz Mehdiyevin ŞOK görüntüləri yayıldı – İlk dəfə… – VİDEO

29.04.2026 - 20:40Ariz Əhədov

Üç BÜRCÜN işləri tezliklə kəskin şəkildə yaxşılaşacaq 

29.04.2026 - 20:25Ariz Əhədov

Kəmaləddin Heydərov rəis müavini təyin etdi

29.04.2026 - 19:20Ariz Əhədov

“Almaniyada rifah dövrü başa çatdı”

29.04.2026 - 18:55Ariz Əhədov

Növbəti iclas Azərbaycanda keçiriləcək

29.04.2026 - 18:40Ariz Əhədov

Metro və avtobuslarda gedişhaqqı ilə bağlı YENİLİK

29.04.2026 - 18:25Ariz Əhədov

“Neftçi” – “Qarabağ” matçının hakimləri açıqlandı

29.04.2026 - 17:52Ariz Əhədov

Bu müəllimlər də sertifikasiyaya cəlb ediləcək - Prezident təsdiqlədi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 287

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 074

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 954

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 168
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.