Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • ABB-nin bankomatı vətəndaşı belə çətin vəziyyətə saldı – VİDEO
  • Rəşad Əliyevə vəzifə verildi
  • Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı – Foto
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Məşhur kollecin direktorunun ailəsində aliment qalmaqalı

Məşhur kollecin direktorunun ailəsində aliment qalmaqalı

Cəmiyyət Ariz Əhədov18.02.2026 - 18:02
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımovun oğlu övladlarına aliment verməkdən yayınır”.

Bunu Oxu.Az-a N.Kazımovun keçmiş gəlini, üç uşaq anası Jalə Süleymanlı deyib. Şikayətçi iddia edir ki, həyat yoldaşından 2020-ci ildə ayrılsa da, alimentlə bağlı məhkəmələrdə süründürülür. Buna səbəb isə onun keçmiş qayınatasının tanınmış şəxs olmasıdır:


Nazim Kazımov

“2014-cü ildə Nazim Kazımovun oğlu Niyazi Kazımovla ailə həyatı qurmuşam. Birgə nikahdan üç qız övladımız dünyaya gəldi. 2020-ci ildə ailədaxili mübahisələrimiz başladı və nəticədə ayrıldıq. Məhkəmənin qərarına əsasən uşaqlar mənim himayəmdə qaldı, onların bütün maddi və mənəvi qayğısı tamamilə mənim üzərimə düşdü. Məhkəmə uşaqlara 18 yaşına qədər aliment tələbimi qismən təmin etdi və minimum aliment 170 manat olduğu halda, hər uşağa 120 manat təyin edildi. 2022-ci ildə alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etdim. Müraciətdə cavabdeh şəxsin gəlirlərinin 50 faizi qədər alimentin tutulmasını istədim. Bunun üçün Nəsimi Rayon Məhkəməsinə Niyazi Kazımovun, yəni uşaqların atasının milyonluq obyektlərini və onlardan əldə etdiyi qazanc məbləğini sənədlərlə göstərdim. Lakin aliment tələbim yenə qismən təmin olundu. Niyazi Kazımovun formal əmək haqqını əsas gətirərək, hər uşağa 193 manat aliment təyin etdi”.


Niyazi Kazımov

Jalə Süleymanlı 2026-cı ildə yenidən məhkəməyə müraciət edərək, alimentin indeksləşdirilməsini istəyib. Amma bu dəfə də keçmiş qayınatasının təzyiqi ilə üzləşib:

“Yanvarın 4-də Sabunçu Rayon Məhkəməsinə müraciət etdim. Hakim Müseyib Bayramov iddiamı tam təmin etdi. Sabunçu Rayon Məhkəməsinin 24 yanvar 2026-cı il tarixli qərarı ilə hər uşağa ölkə üzrə minimal əmək haqqının 0.74 faizi məbləğində – hər uşağa 296 manat aliment təyin olundu. Amma bu sevincim çox çəkmədi. Cəmi iki gün sonra məhkəmə mənə xəbərdarlıq etdi ki, qərar dəyişdirilməlidir. Qərardan könüllü imtinamı istəsələr də bunu etmədim. Nəticədə məhkəmə qərarı ləğv edərək, alimentin məbləğini minimum əmək haqqının 0.68 faizinə endirdi. Bununla da hər uşağa düşən alimentin məbləği 272 manat müəyyənləşdi”.

Jalə Süleymanlı bildirir ki, qərardan apellyasiya şikayəti verib:

“Hazırda qərardadın ləğv edilməsini gözləyirik. Amma əminəm ki, bu dəfə də keçmiş qayınatam öz statusundan istifadə edərək, şikayətimin təmin olunmamasına çalışacaq”.

Şikayətçi qadın iddia edir ki, keçmiş həyat yoldaşının bahalı bağ evləri, mənzilləri, obyekt və müxtəlif markalı avtomobilləri olsa da, boşanma vaxtı onu və övladlarını məskunlaşmaq üçün mənzillə təmin etməyib:

“Niyazi Kazımov artıq 8 ilə yaxındır ki, atasının tanışlarının tapşırığı ilə “ASAN Kommunal” mərkəzində “Azərişıq” ASC-nin əməkdaşı kimi işləyir. O, dövlət işində işləməsinə baxmayaraq, mütəmadi olaraq bahalı kurortlara gedir, xarici ölkələrə səfərlər edir, lüks istirahət məkanlarında dincəlir. Hətta bu yaxınlarda Türkiyədə 20 min manata saç transplantasiyası prosedurunu həyata keçirib.

Onun atası Nazim Kazımov respublikada tanınmış şəxsdir. Ailənin yüksək sosial statusu və geniş maddi imkanları olmasına baxmayaraq, üç azyaşlı uşağın təminatına heç bir dəstək göstərilmir, əksinə aliment məsələsində hər qəpik uğrunda uzunmüddətli məhkəmə çəkişmələri aparılır”.

Qeyd: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Bənzər Xəbərlər

26.08.2026 - 12:40Gülnar Əliyeva

ABB-nin bankomatı vətəndaşı belə çətin vəziyyətə saldı – VİDEO

26.08.2026 - 12:15Gülnar Əliyeva

Rəşad Əliyevə vəzifə verildi

26.08.2026 - 11:56Gülnar Əliyeva

Bakıda marşrut avtobusu 3 maşını əzib hasara çırpıldı - Foto

26.08.2026 - 11:43Gülnar Əliyeva

Rüfət Əzizov onu direktor təyin etdi - FOTO

26.08.2026 - 11:30Gülnar Əliyeva

7-ci mərtəbədən yıxılan 1 yaşlı uşaq öldü

26.08.2026 - 11:18Gülnar Əliyeva

“Putin onunla görüşməyəcək”

26.08.2026 - 11:05Gülnar Əliyeva

Azərbaycan UEFA reytinqində irəlilədi

26.08.2026 - 10:53Gülnar Əliyeva

Alyona Əliyeva Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 - 10:40Gülnar Əliyeva

CIA direktoru gözlənilmədən Moskvaya səfər etdi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 885

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 980

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 934

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 749
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.