ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya gözlənilmədən səfər edib.
Yeniera.az xəbər verir ki, ABŞ mediasına danışan və səfərlə tanış olan amerikalı rəsmi Retkliffin gecə saatlarında Moskvaya yola düşdüyünü təsdiqləyib.
Rəsmi səfərin məqsədi, danışıqların məzmunu və müzakirə olunan məsələlər barədə məlumat verməyib. CIA də səfərlə bağlı açıqlama verməkdən imtina edib.
Retkliffin Moskvaya səfəri Donald Tramp administrasiyası dövründə CIA direktoru kimi Rusiyaya ilk məlum səfəridir.
Səfər Rusiya ilə Ukrayna arasında müharibəyə son qoyulması ilə bağlı danışıqların dalana dirəndiyi bir vaxtda baş tutub.
Səfərdən əvvəl Vaşinqtonun Ukraynadan Moskvaya və Rusiyanın şimalındakı digər şəhərlərə dron və raket hücumlarını müvəqqəti dayandırmasını istədiyi bildirilib.
Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, ABŞ-nin tələbi bazar ertəsindən çərşənbə gününədək olan dövrü əhatə edib.
Həmçinin Ukrayna rəsmilərinə yüksəkvəzifəli ABŞ rəsmisinin Rusiyaya səfər edəcəyi barədə məlumat verildiyi qeyd olunub.

