Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişəcək – bu tarixdə…
  • Pay torpaqları əhalidən alınmayacaq – “Narahatlıqların heç bir əsası yoxdur”
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Azərbaycana ən çox dərman idxal edən ölkələr – SİYAHI

Azərbaycana ən çox dərman idxal edən ölkələr - SİYAHI

İqtisadiyyat Yeni Era16.03.2026 - 14:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Dərman vasitələrinin idxal olunduğu ölkələri sıralayan zaman ilk beşlikdə Türkiyə, Almaniya, Fransa, Rusiya və İtaliyanın yer aldığı müəyyən edilir.

Yeniera.az xəbər verir ki, bunu Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov Azərtac-a müsahibəsində deyib.

Onun sözlərinə görə, dərman vasitələrinin idxalı ilə bağlı daxil olan müraciətlər əsasında ekspertizasının aparılması üçün hər partiya üzrə götürülmüş dərman vasitəsi nümunələri barədə farmasevtik, statistik, eləcə də laborator analiz üsulu və nəticələri barədə məlumatlar AEM-in rəqəmsal “Analiz bazası”na daxil edilir:

“Dərman vasitələrinin laborator analiz nəticələri barədə sertifikatı da yekun nəticəyə uyğun qaydada birbaşa bu sistem üzərindən çap olunur. Toplanmış məlumatlar əsasında müvafiq hesabatlar hazırlanır və mövcud məlumatların analizi aparılır. Aparılmış məlumat analizlərinə əsasən ötən il ərzində müxtəlif xarici ölkələrdən respublikamıza ümumi miqdarı təqribən 196 milyon qutu dərman vasitəsi idxal edilib”.

Murad Süleymanov vurğulayıb ki, hazırda ərizəçilər tərəfindən Vahid Elektron Səhiyyə platforması üzərindən qəbul edilə biləcək müraciət növlərindən biri də dərman vasitələrinin idxalı ilə bağlıdır.

“Dərman vasitələrinin təqib və izləmə sistemi” isə dərman vasitələrinin istehsaldan son istehlakçıyadək dövriyyəsinin rəqəmsal qeydiyyat və unikal identifikasiya mexanizmi vasitəsilə izlənilməsini təmin edən mühüm nəzarət alətidir.

Bu sistem təchizat zəncirinin bütün mərhələlərində məlumatların real vaxt rejimində toplanmasına və mərkəzləşdirilmiş informasiya bazasında emal olunmasına imkan yaradır.

Hər bir qablaşdırmaya tətbiq edilən unikal identifikasiya kodu məhsulun mənşəyini və hərəkət trayektoriyasını izləməyə şərait yaradır.

Beləliklə, qeyri-qanuni idxal, saxta məhsullar və paralel satış kimi risklər minimuma endirilir. Apteklərdə hər satış əməliyyatının rəqəmsal qeydiyyatı təkrar satış və uçotdan kənar dövriyyə hallarını texniki olaraq məhdudlaşdırır. Sistem, eyni zamanda, risk əsaslı nəzarət modelinin formalaşmasına da imkan yaradır. Analitik alətlər vasitəsilə satış intensivliyi, partiya dövriyyələri və anbar məlumatları təhlil olunur və yüksək riskli subyektlər prioritet monitorinqə cəlb edilir”, – deyə AEM-in direktoru diqqətə çatdırıb.

Bənzər Xəbərlər

12.06.2026 - 12:12Ariz Əhədov

ŞAD XƏBƏR: Maaşlar ARTIRILDI

12.06.2026 - 10:37Ariz Əhədov

Bu ərazilərdə pensiyalar ödənildi

11.06.2026 - 10:55Ariz Əhədov

Bakıda iş saatları dəyişdirilir - Hazırlıq başlayıb

10.06.2026 - 14:42Ariz Əhədov

Bu sahədə çalışanlara ŞAD XƏBƏR- MAAŞ ARTACAQ

10.06.2026 - 14:12Ariz Əhədov

Bu şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

10.06.2026 - 14:07Ariz Əhədov

DİQQƏT! Bu halda pensiya verilməyəcək

10.06.2026 - 13:30Ariz Əhədov

Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR

09.06.2026 - 13:33Ariz Əhədov

Nazir hesabat verdi

09.06.2026 - 13:07Ariz Əhədov

Bu şəxslərə ŞAD XƏBƏR - Dövlət dəstəyi veriləcək

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.