Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ
  • Məmməd Məmmədov vəfat etdi – FOTO
  • Marko Rubio sabah Ermənistana gedir
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Azərbaycandan qalxan təyyarəni İsrail vurub? – Nazirlik məlumat yaydı

Azərbaycandan qalxan təyyarəni İsrail vurub? – Nazirlik məlumat yaydı

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov02.04.2026 - 13:34
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.

Yeniera.az “Globalinfo”ya istinadən xəbər verir ki, Perinçek 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək, açıqlanmasını tələb edib.

Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.

Deputat Hikmət Babaoğlu bildirib ki,  Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiya təyyarənin qəzaya uğramasının səbəblərini öyrənib: “Lazımi məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçekin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur.

Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir – bu aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin maraqlarına uyğundur. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.

Belə olan halda, təyyarə qəzasının xüsusi hadisə kimi, İsrailin etdiyi bir cinayət olaraq təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini daha da gərginləşdirmək və Türkiyəni müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir.

Türkiyə cəmiyyəti kifayət qədər savadlıdır və belə informasiyanın niyə məhz indi dövriyyəyə buraxıldığını yaxşı anlayır. Bu cür informasiya manipulyasiyası uğur qazanmayacaq”.

Bənzər Xəbərlər

25.05.2026 - 12:05Ariz Əhədov

Prezident İlham Əliyev müşavirə keçirir - Bu məsələlərə görə

25.05.2026 - 09:47Ariz Əhədov

Almaz Hacıyeva vəfat etdi - FOTO

24.05.2026 - 21:30Ariz Əhədov

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

23.05.2026 - 22:58Ariz Əhədov

TƏCİLİ! Azərbaycanın konsulu İranda faciəvi şəkildə HƏLAK OLDU

22.05.2026 - 14:30Ariz Əhədov

“Bilirəm, çox ağır və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə

22.05.2026 - 14:10Ariz Əhədov

Ali Məhkəməyə yeni təyinatlar - Adlar açıqlanıb

22.05.2026 - 13:12Ariz Əhədov

Prezident Yerlan Sıdıkovu təbrik etdi

21.05.2026 - 13:46Ariz Əhədov

Makron İlham Əliyevə zəng etdi

20.05.2026 - 15:33Ariz Əhədov

Prezidentin təltif etdiyi Azər Qurbanov KİMDİR? - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 578

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 218

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 021

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 242
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.