Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan “Best of AYGUN 40” albomu təqdim edilib.
Yeniera.az xəbər verir ki, ölkənin əsas ulduzunun Azərbaycanda bir ilk olan albomuna mədəniyyət nümayəndələri, məşhur estrada sənətçiləri, “Avroviziya” təmsilçilərimiz, eləcə də gənc nəsil ifaçılar cəlb edilərək pop kraliçanın 40 illik yaradıcılıq yolunda səsləndirdiyi hit mahnılara yeni nəfəs veriblər.
Layihənin əsas məqsədi Azərbaycan şou-biznesində birliyi nümayiş etdirmək, musiqiyə hörməti ön plana çıxarmaq və milli estradaya yeni nəfəs gətirməkdir.
Ətraflı
“Best of AYGUN 40” albomu Aygün Kazımovanın rəsmi musiqi platformalarında və “YouTube” hesabında dinləyicilərin ixtiyarına verilib.
Qeyd edək ki, albomda Röyanın da yer alacağı gözlənilirdi. Xalq artisti Aygün Kazımova ilə barışandan sonra onun repertuarından mahnı oxuyacağını açıqlamışdı. Maraqlıdır ki, ifaçılar arasında Röyanın adı yoxdur.

