Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • SON DƏQİQƏ! Ağır qəza baş verdi: Xeyli sayda yaralı var
  • Qar yağıb, dolu düşüb
  • Prezident təbrik məktubu göndərdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Leyla və Alena Əliyevalar sərgidə – Fotolar

Leyla və Alena Əliyevalar sərgidə - Fotolar

Mədəniyyət Ariz Əhədov15.04.2026 - 12:36
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Milli Xalça Muzeyində .ART qlobal domeninin dəstəyi ilə multidisiplinar rəssam Mədinə Qasımovanın “Yaddaşa həkk olunan təsvir” adlı fərdi sərgisi açılıb.

Yeniera.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.

Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur.

“Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində “Analar üçün çiçəklər” əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək”,- deyə Ə.Məlikova əlavə edib.

Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: “Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur”.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir.

“Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək”, – deyə S.Yusifova əlavə edib.

Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir.

Sərgi mayın 15-dək davam edəcək.





Bənzər Xəbərlər

31.05.2026 - 13:50Ariz Əhədov

SON DƏQİQƏ! Ağır qəza baş verdi: Xeyli sayda yaralı var

31.05.2026 - 12:50Ariz Əhədov

Qar yağıb, dolu düşüb

30.05.2026 - 09:40Ariz Əhədov

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ 

30.05.2026 - 00:04Ariz Əhədov

Bakıda yaşayanlara XƏBƏRDARLIQ: Bu gecə gözlənilir

29.05.2026 - 23:48Ariz Əhədov

Alidə Hüseynova VƏFAT ETDİ - FOTO

29.05.2026 - 23:35Ariz Əhədov

Azay Möhnətov kimdir? —"İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur?

29.05.2026 - 21:00Ariz Əhədov

Xalq artisti xəstəxanaya YERLƏŞDİRİLDİ

29.05.2026 - 15:32Ariz Əhədov

DƏHŞƏTLİ avtobus qəzası - Yaralılar var

29.05.2026 - 15:30Ariz Əhədov

Bakıya güclü yağış yağacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 634

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 265

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 035

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 258
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.