Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sara Əzimova yeni vəzifəyə təyin edildi
  • DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var
  • 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi – Biri öldü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Kredit borcu olanlara XƏBƏRDARLIQ

Kredit borcu olanlara XƏBƏRDARLIQ 

İqtisadiyyat Ariz Əhədov29.04.2026 - 10:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində icra məmurlarının hüquqlarının genişləndirilməsi öz əksini tapıb.

Yeniera.az xəbər verir ki,hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarda olan vəsaitə yönəldə bilər.

Bəs bu dəyişiklik banka borcu olan şəxslərin məsuliyyətini nə qədər artıracaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, yeni layihəyə əsasən icra məmurlarının səlahiyyətləri o qədər də genişləndirilmir:

“Qanunda sadəcə dəqiqləşdirmə aparılır. İcra məmurunun ümumən səlahiyyəti var ki, borcun ödənişi qarşı tərəfin əmlakına yönəltsin. Əsas yenilik odur ki, borc qarşı tərəfin bəzi əmlaklarına və hətta elektron puluna da yönəldilə bilər. Bu da əslində düzgündür. Borclunu ödənişə məcbur etmək üçün icra məmurunun əlində kifayət qədər alət olmalıdır.

Amma nəzərə alaq ki, hazırda borcluların çoxunun adına hər hansı bir əmlak yoxdur. Bu da borcun qısa müddətdə ödənilməsində problemlər yaradır. Yeni dəyişikliyin nə qədər səmərəli olduğunu zamanla biləcəyik”.

Bənzər Xəbərlər

29.04.2026 - 13:25Ariz Əhədov

Sara Əzimova yeni vəzifəyə təyin edildi

29.04.2026 - 13:12Ariz Əhədov

DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var

29.04.2026 - 12:58Ariz Əhədov

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

29.04.2026 - 12:45Ariz Əhədov

Bu ərazilərə qar yağır

29.04.2026 - 12:31Ariz Əhədov

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

29.04.2026 - 12:04Ariz Əhədov

İrana qarşı yeni sanksiya paketi - 35 qurum və şəxs siyahıya salındı

29.04.2026 - 11:52Ariz Əhədov

Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq - Foto

29.04.2026 - 11:25Ariz Əhədov

Metroda interval minimuma endiriləcək - 5 gün

29.04.2026 - 11:12Ariz Əhədov

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - Fotolar

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 267

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 055

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 946

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 157
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.