Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sara Əzimova yeni vəzifəyə təyin edildi
  • DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var
  • 14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi – Biri öldü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İdman»“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi – Fotolar

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirildi - Fotolar

İdman Ariz Əhədov29.04.2026 - 11:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən “Prezident Kuboku 2026” beynəlxalq reqatasının Mingəçevir şəhərində rəsmi açılış mərasimi baş tutub.

Yeniera.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında keçirilən tədbirdə əvvəlcə reqata barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Tədbir çərçivəsində Heydər Əliyev və Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov və Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar.

Qeyd olunub ki, belə mötəbər yarışların təşkili Azərbaycanın idman ölkəsi kimi nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, yarışların Prezident İlham Əliyevin tapşırığı əsasında ilk dəfə Sərsəng su anbarında keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəsmi hissədən sonra mərasim bədii proqramla davam edib. Proqram çərçivəsində folklor musiqiləri, iştirakçı ölkələrin milli musiqiləri ilə rəqs nümunələri və müxtəlif səhnə kompozisiyaları təqdim olunub.

Tədbirdə həmçinin son illərin populyar “Döngə” musiqi qrupu canlı konsert proqramı ilə çıxış edib. Açılış mərasimi ənənəvi atəşfəşanlıqla yekunlaşıb.

Məlumat üçün bildirək ki, reqata aprelin 29-da Suqovuşanda davam edəcək.  30 aprel – 1 may tarixlərində Mingəçevirdə son yarışlar keçiriləcək.











Bənzər Xəbərlər

29.04.2026 - 13:25Ariz Əhədov

Sara Əzimova yeni vəzifəyə təyin edildi

29.04.2026 - 13:12Ariz Əhədov

DİN-dən əməliyyat: Tutulanlar arasında qadınlar da var

29.04.2026 - 12:58Ariz Əhədov

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

29.04.2026 - 12:45Ariz Əhədov

Bu ərazilərə qar yağır

29.04.2026 - 12:31Ariz Əhədov

Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi

29.04.2026 - 12:04Ariz Əhədov

İrana qarşı yeni sanksiya paketi - 35 qurum və şəxs siyahıya salındı

29.04.2026 - 11:52Ariz Əhədov

Bakıda makler həbs edildi - Yarım milyonluq fırıldaq - Foto

29.04.2026 - 11:25Ariz Əhədov

Metroda interval minimuma endiriləcək - 5 gün

29.04.2026 - 10:57Ariz Əhədov

Kredit borcu olanlara XƏBƏRDARLIQ 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 267

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 055

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 946

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 157
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.