Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qaz olmayacaq – XƏBƏRDARLIQ
  • Əhvalım çox pisdir – Ofeliya Sənani
  • Putin rusları məyus edəcək xəbəri AÇIQLADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

Mübariz Yunus qiraət gecəsi: 3 May və şəhidlər anılıb

Mədəniyyət Ariz Əhədov04.05.2026 - 22:41
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

3 May – Millət Günü münasibətilə Azərbaycanın müstəqilliyinə həsr olunmuş poeziya gecəsi təşkil olunub.

Yeniera.az xəbər verir ki, tədbir çərçivəsində Mübariz Yunus Azərbaycan şairlərinin şeirlərini qiraət edib.

Gecədə səsləndirilən bədii nümunələr və musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Fərahim Sadiqin səsləndirdiyi milli nəğmələr xüsusi duyğusal ab-hava yaradaraq şəhid ailələri və qazilər üçün mənalı və yaddaqalan istirahət anlarına çevrilib.

Tədbir zamanı Mübariz Yunus, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Səhənd, Ş.Mahmud, İmadəddin Nəsimi və Pir Sultan Abdal kimi görkəmli söz ustalarının yaradıcılığından şeir nümunələri səsləndirilib.

Şəhid ata və analarının şeirləri dinləməsi və özlərinin də şeir səsləndirməsi izləyicilərə duyğulu və yaddaqalan anlar yaşadıb. Onların səsindəki qürur və nisgil, sözlərdəki səmimiyyət zalda dərin təsir yaradaraq tədbirin ən kövrək və unudulmaz məqamlarından birinə çevrilib.

Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, müstəqillik ruhunun yaşadılması və cəmiyyətdə birlik hissinin daha da gücləndirilməsi olub.

Gecədə səsləndirilən “Qarabağ Azərbaycandır” əsəri (müəllif: Natiq Qubadoğlu, bəstəkar: Fərahim Sadiq) “Dastan qrupu”nun solistləri Murad Kəngərli və Çilənay Hüseyn tərəfindən ifa olunub. Bununla yanaşı, Fərahim Sadiqin “Əsgərnamə” elegiyası da iştirakçılara təqdim edilərək tədbirə dərin emosional çalar qatıb.

Sonda iştirakçılar “Qarabağ Azərbaycandır!” şüarı ətrafında birləşərək milli həmrəylik nümayiş etdiriblər.

Bənzər Xəbərlər

29.06.2026 - 00:50Ariz Əhədov

Qaz olmayacaq - XƏBƏRDARLIQ

29.06.2026 - 00:49Ariz Əhədov

Əhvalım çox pisdir - Ofeliya Sənani

29.06.2026 - 00:16Ariz Əhədov

Putin rusları məyus edəcək xəbəri AÇIQLADI

29.06.2026 - 00:15Ariz Əhədov

29 iyunla bağlı XƏBƏRDARLIQ

28.06.2026 - 23:11Ariz Əhədov

Zelenski Hikmət Cavadı təltif etdi

28.06.2026 - 22:22Ariz Əhədov

Köçəryanla bağlı SON DƏQİQƏ - Gizli görüntülərindən sonra...

28.06.2026 - 22:18Ariz Əhədov

Keçmiş səhiyyə naziri avtomobilində ölü tapıldı - Bu ölkədə

28.06.2026 - 21:09Ariz Əhədov

 Yaşlı qadının meyiti TAPILDI

28.06.2026 - 19:16Ariz Əhədov

Faciəvi şəkildə ölən Nəsimi tələbə imiş

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 794

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 209

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.