Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Partlayışda yaralanan həkim vəfat etdi – FOTO
  • TƏCİLİ: Azərbaycanda televiziya rəhbəri həbs edildi
  • Məşhur rejissorun “Oskar”ı təyyarədə itdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Aİ səfiri XİN-ə çağırıldı – Nota təqdim edildi

Aİ səfiri XİN-ə çağırıldı - Nota təqdim edildi

Siyasət Ariz Əhədov01.05.2026 - 11:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb.

Yeniera.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Avropa Parlamenti tərəfindən aprelin 30-da qəbul edilən qətnamədə ölkəmizə qarşı yer alan əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Sözügedən qətnamədəki müddəaların reallıqları təhrif etdiyi, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə zidd olduğu vurğulanıb. Avropa Parlamentinin bu cür yanaşma sərgiləməsinin regionda normallaşma prosesinə, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin perspektivlərinə mənfi təsir etdiyi vurğulanıb.

Qətnamədə Qarabağ bölgəsinə erməni sakinlərin geri qayıdışı ilə bağlı irəli sürülən iddiaların tamamilə əsassız olduğu, bu kimi çağırışların Azərbaycanın daxili işlərinə müdaxilə xarakteri daşıdığı bildirilib. 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilmiş reinteqrasiya planına baxmayaraq, erməni sakinlərin regionu könüllü əsasda tərk etdiyi, bunun əksini iddia edən bəyanatların yanlış olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, “müharibə əsirləri” kimi təqdim edilən erməni əsilli şəxslərin azad edilməsi ilə bağlı çağırışların da hüquqi baxımdan qəbuledilməz olduğu görüşdə qeyd edilib. Azərbaycan tərəfinin humanist yanaşma nümayiş etdirərək bir çox məhbusları azad etdiyi, etimad quruculuğu istiqamətində addımlar atdığı, barələrində məhkəmə hökmü çıxarılmış şəxslərin isə terrorçuluq, təxribat və hərbi cinayətlər daxil olmaqla bir sıra ağır cinayətlər törətmiş şəxslər olduğu xatırlanıb.

“Mədəni və dini irsin məhv edilməsi” ilə bağlı iddiaların tamamilə əsassız və qəbuledilməz olduğu vurğulanıb. Bununla yanaşı, işğal dövründə Azərbaycanın mədəni və dini irsinin genişmiqyaslı şəkildə dağıdılması və təhqir olunması faktlarına Avropa institutları tərəfindən önəm verilmədiyi diqqətə çatdırılıb.

Görüşdə, Avropa İttifaqı tərəfi Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər vuran bu kimi addımların qarşısını almağa çağırılıb.

Bənzər Xəbərlər

01.05.2026 - 12:57Ariz Əhədov

Prezident sərəncam imzaladı

01.05.2026 - 12:10Ariz Əhədov

Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

01.05.2026 - 11:10Ariz Əhədov

AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan RƏSMİ AÇIQLAMA

01.05.2026 - 10:01Ariz Əhədov

TƏBİB-də növbəti təyinatlar: Yeni Klinika və Abşeron xəstəxanasına yeni direktorlar gəlir

30.04.2026 - 18:00Ariz Əhədov

İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

30.04.2026 - 17:33Ariz Əhədov

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - Fotolar

30.04.2026 - 16:52Ariz Əhədov

İlham Əliyev SƏRƏNCAM İMZALADI

30.04.2026 - 16:40Ariz Əhədov

Prezident onu təltif etdi

30.04.2026 - 14:03Ariz Əhədov

Əli Əsədov QƏRAR İMZALADI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 323

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 102

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 959

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 183
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.