Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz
  • Partlayışda yaralanan həkimin FOTOSU
  • Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır – Fotolar

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır - Fotolar

Siyasət Ariz Əhədov30.04.2026 - 17:33
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

Yeniera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Vatikanda keçirilən görüşdə sənədi Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini imzalayıblar.

Yeni layihə çərçivəsində Müqəddəs Pavel Bazilikasının daxilində yerləşən Müqəddəs Pavel və Müqəddəs Pyotr heykəllərinin, həmçinin Bazilikanın həyətində Müqəddəs Pavel və Müqəddəs Luka heykəllərinin bərpası nəzərdə tutulub.

Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilika kompleksinə baxış zamanı Heydər Əliyev Fondu tərəfindən aparılmış işlər və növbəti mərhələlərdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Müqəddəs Pyotr Kilsəsindən sonra Vatikanın ikinci ən böyük kilsəsi olan Müqəddəs Pavel Bazilikası Roma şəhərində dörd əsas papalıq bazilikalarından biridir. Monumental ölçüləri, zəngin mozaikaları və uzun sütun sıraları ilə seçilən bazilika dini, mədəni abidə kimi böyük əhəmiyyət daşıyır və hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.

Bərpa işləri zamanı müasir texnologiyaların tətbiq olunması nəzərdə tutulur. Xüsusilə lazer texnologiyası vasitəsilə səthin təmizlənməsi və təbiətə zərər verməyən bioloji vasitələrlə konservasiya işlərinin aparılması planlaşdırılır. Bu metodlar əvvəllər Vatikan bağlarında da uğurla tətbiq olunub.

Bazilikada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş əvvəlki bərpa və tikinti işləri ilə tanışlıq olub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını və bərpasını nəzərdə tutan sənəd imzalanmışdı. Həmin müqavilə çərçivəsində Bazilikada aparılan bərpa və konservasiya işləri artıq uğurla tamamlanıb.














Bənzər Xəbərlər

30.04.2026 - 21:30Ariz Əhədov

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz

30.04.2026 - 21:13Ariz Əhədov

Partlayışda yaralanan həkimin FOTOSU

30.04.2026 - 21:00Ariz Əhədov

Gənc müəllim ürəktutmadan vəfat etdi – FOTO

30.04.2026 - 20:38Ariz Əhədov

Azərbaycanda "13-cü maaş və pensiya": Kim verir, kim vermir?

30.04.2026 - 19:30Ariz Əhədov

“ABŞ-dən təklif almışıq”

30.04.2026 - 19:00Ariz Əhədov

Bu yollar 3 gün bağlı olacaq - Xəbərdarlıq

30.04.2026 - 18:30Ariz Əhədov

Bu ərazidə qaz olmayacaq

30.04.2026 - 18:00Ariz Əhədov

İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

30.04.2026 - 17:05Ariz Əhədov

Milli Qəhrəman Xankəndidə restoran açır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 307

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 087

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 178
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.