Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • AĞIR QƏZA: ölən və xəsarət alanlar var
  • Maliyyə şansı yüksələcək 3 BÜRC
  • İran və ABŞ atəşkəs barədə razılığa GƏLDİ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»İlham Əliyev Zəngilandakı ilk yaşayış kompleksinin açılışında – Fotolar

İlham Əliyev Zəngilandakı ilk yaşayış kompleksinin açılışında - Fotolar

REDAKSİYANIN SEÇİMİ Ariz Əhədov10.05.2026 - 13:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışında iştirak edib.

Yeniera.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev kompleksdə yaradılmış şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Qeyd edək ki, 2022-ci ildə bu kompleksin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Dövlət başçısı 2024-cü və 2025-ci illərdə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. O cümlədən 4 ədəd (60 mənzilli) üçmərtəbəli, 8 ədəd (44 mənzilli) ikimərtəbəli “townhouse” tipli evlər tikilib. Kompleksdə ümumilikdə 104 mənzil var ki, onlardan da 84-ü sakinlər, 20-si isə xidməti istifadə üçündür. Mənzillər 2, 3, 4 və 5 otaqlıdır.

Bu yaşayış kompleksində sakinlərin sosial məsələlərinin həlli istiqamətində bir sıra işlər görülüb. Ərazidə uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın Baş planına əsasən yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Bənzər Xəbərlər

25.08.2026 - 22:00Gülnar Əliyeva

Putin Mehriban Əliyevanı təbrik etdi

25.08.2026 - 21:50Gülnar Əliyeva

Birinci vitse-prezidenti təbrik etdi

25.08.2026 - 18:25Gülnar Əliyeva

Prezident Administrasiyasında vətəndaş qəbulunun sentyabr - Cədvəli

25.08.2026 - 18:10Gülnar Əliyeva

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25.08.2026 - 17:40Gülnar Əliyeva

Zelenski İlham Əliyevə təşəkkür etdi

25.08.2026 - 16:42Gülnar Əliyeva

Prezident MÜHÜM fərman imzaladı

25.08.2026 - 16:31Gülnar Əliyeva

İlham Əliyev SƏRƏNCAM İMZALADI

25.08.2026 - 16:13Gülnar Əliyeva

81 yaşlı Polad Bülbüloğlu boşanıb, yenidən EVLƏNDİ

25.08.2026 - 11:36Gülnar Əliyeva

Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi - Foto

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 885

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 977

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 933

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 749
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.