Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Kimlərə gələn aydan kompensasiya ödəniləcək?
  • Nazirlər Kabineti yeni qərar verib
  • Pensiya alanlarla bağlı yeni xəbər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Mədəniyyət»Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub

Mədəniyyət Ariz Əhədov11.05.2026 - 23:04
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mayın 9-da İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi qeyd olunub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yubiley gecəsində millət vəkili Ceyhun Məmmədov, tanınmış ziyalılar, söz adamları, şairin sənət dostları və media nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Fərzalı Abbasəlioğlunun Azərbaycan poeziyasına verdiyi töhfələrdən, yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik mövzusundan, doğma yurda bağlılığından və sevgisindən geniş danışıblar.

Qeyd olunub ki, şairin qələmə aldığı əsərlər yalnız duyğuların poetik ifadəsi deyil, həm də Qarabağın, İrəvanın, Göyçənin və doğulub boya-başa çatdığı Cəbrayılın yaddaş salnaməsidir.

Tədbirin musiqili hissəsində aşıq Ədalət, Sona Nərimanqızı və Təranə Gədəbəyli yaddaqalan ifaları ilə tədbirə rəng qatıblar. Şairin sözlərinə bəstələnmiş “Vətənə getməyim gəlir” mahnısını duyğulu şəkildə səsləndirən Nadir Bayramlı dinləyicilərə kövrək və unudulmaz anlar yaşadıb.

Aktyorlar Əhliman Ərşadlı, Pərvin Dadaşova, Niyaz İlyasoğlu və Natiq Fərzalıoğlu şairin müxtəlif illərdə qələmə aldığı şeirləri səsləndiriblər.

Yubiley tədbirinin sonunda Fərzalı Abbasəlioğlu təşkilatçılara və oxuculara təşəkkürünü bildirib, yeni yazdığı şeirlərdən nümunələr səsləndirib.

Sonda yubiley tortu kəsilib, xatirə şəkilləri çəkdirilib.

Bənzər Xəbərlər

04.08.2026 - 11:16Gülnar Əliyeva

Kimlərə gələn aydan kompensasiya ödəniləcək?

04.08.2026 - 11:03Gülnar Əliyeva

Nazirlər Kabineti yeni qərar verib

04.08.2026 - 10:50Gülnar Əliyeva

Pensiya alanlarla bağlı yeni xəbər

04.08.2026 - 10:38Gülnar Əliyeva

DİN: 85 nəfər borclu şəxs saxlanılıb

04.08.2026 - 10:00Gülnar Əliyeva

Əhaliyə hava ilə bağlı VACİB XƏBƏRDARLIQ

04.08.2026 - 09:30Gülnar Əliyeva

MİDA Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır

04.08.2026 - 00:56Gülnar Əliyeva

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxardı

04.08.2026 - 00:54Gülnar Əliyeva

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

04.08.2026 - 00:23Gülnar Əliyeva

Nəriman Axundzadə rəsmən Türkiyə Super Liqasında

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 528

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 734

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 756

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 590
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.