Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər – İstintaq bitdi
  • Onların maaşı 22,8% artacaq — ŞAD XƏBƏR
  • Aydın Nəsimiyev vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Prezident keniyalı həmkarını qəbul etdi – Foto

Prezident keniyalı həmkarını qəbul etdi - Foto

Siyasət Ariz Əhədov17.05.2026 - 10:40
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Prezident İlham Əliyev mayın 17-də Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yeniera.az xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən Keniya Prezidenti WUF13-ə dəvətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Uillyam Samoei Ruto WUF-un ilk dəfə Keniyada keçirildiyini deyərək, ölkəsinin BMT-nin Məskunlaşma Proqramına (UN-Habitat) da ev sahibliyi etdiyini vurğulayıb. Qonaq Keniyada yaşayış məskənlərinin yaradılması üzrə böyük miqyasda layihələrin həyata keçirildiyini qeyd etdi.

Əlaqələrimizin dinamik surətdə inkişafından məmnunluğunu bildirən Uillyam Samoei Ruto Azərbaycan Prezidentini Keniyaya rəsmi səfərə dəvət edib.

Dəvəti məmnunluqla qəbul edən dövlət başçısı öz növbəsində Keniya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət edib.

Keniya Prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında dövlət başçısının nümayiş etdirdiyi liderliyə görə təbriklərini çatdırıb.

Təbriklərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev sülh gündəliyinin daha da gücləndirilməsi və regionda davamlı sülhün yaradılması istiqamətində Azərbaycanın səyləri davam etdirdiyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə Keniya arasında enerji, müdafiə sənayesi, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu bildirilib, son dövrlərdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin əlaqələrimizin inkişafında müsbət rolu qeyd edilib.

Bənzər Xəbərlər

25.09.2026 - 12:25Gülnar Əliyeva

Əli Kərimli 20 ilə kimi və ya ömürlük həbs edilə bilər - İstintaq bitdi

25.09.2026 - 11:30Gülnar Əliyeva

Onların maaşı  22,8% artacaq    —  ŞAD XƏBƏR

25.09.2026 - 11:16Gülnar Əliyeva

Aydın Nəsimiyev vəfat etdi - FOTO

25.09.2026 - 11:04Gülnar Əliyeva

Manaf Ağayevə AĞIR İTKİ

25.09.2026 - 10:50Gülnar Əliyeva

"Azərpoçt"dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu

25.09.2026 - 10:38Gülnar Əliyeva

Mərkəzi Bank köçdü, köhnə binanın taleyi necə olacaq?

25.09.2026 - 10:12Gülnar Əliyeva

Nadir Quliyev keçmiş vəzifəsinə qayıtdı

25.09.2026 - 09:00Gülnar Əliyeva

Bayramovla Mirzoyan Nyu-Yorkda görüşdü - Fotolar

25.09.2026 - 01:45Gülnar Əliyeva

Fevrala kimi minlərlə insan öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 101

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 123

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 042

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 830
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.