Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

“Azərpoçt”dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu

“Azərpoçt”dan çıxdı, ASCO-da yeni vəzifəyə təyin olundu

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyindəki şirkətlərdən olan “Azərpoçt” MMC-nin İnsan Resursları Biznes Tərəfdaşlıq şöbəsinin rəhbəri Cavid Hüseynov öz istəyilə vəzifəsindən ayrılıb.

Yeniera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı MMC-nin İdarə Heyətinin sədri Manaf Babayev müvafiq əmr imzalayıb.

O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Əfqan Cəlilovun əmri ilə bu qurumda şöbə müdirinin müavini vəzifəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, C.Hüseynov 2024-cü ildən “Azərpoçt”da çalışırdı. O, 2015-2021-ci illərdə “PashaPay”da, 2021-2024-cü illərdə isə “Kapital Bank”da işləyib.

Paylaş: