Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Mardin Bienalı 2026 qədim şəhəri qlobal sənət mərkəzinə çevirəcək
  • AQC rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
  • “Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»1 həftəyə Tbilisiyə qatarlar açılır – Nazirlik təsdiqlədi

1 həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi

Gündəm Ariz Əhədov19.05.2026 - 10:12
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.

Yeniera.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi mayın 18-i Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Xəbəri rus dilində oxuyun: Через неделю запускаются поезда в Тбилиси – Минэкономики

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıblar.
Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “SOCAR Midstream Operations” MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır.

Tərəflər əlavə olaraq 26 may tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Bənzər Xəbərlər

21.05.2026 - 15:37Ariz Əhədov

“Nizami” və “Sahil” stansiyaları bağlı VACİB YENİLİK

21.05.2026 - 15:05Ariz Əhədov

Bakı-Tiflis qatarına ucuz bilet almağın yolu açıqlandı - RƏSMİ

21.05.2026 - 14:50Ariz Əhədov

TƏCİLİ! Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR

21.05.2026 - 13:46Ariz Əhədov

Makron İlham Əliyevə zəng etdi

21.05.2026 - 12:33Ariz Əhədov

AZAL Naxçıvana uçuşları yenidən təxirə saldı

21.05.2026 - 11:25Ariz Əhədov

Fərid Əhmədov onu rəis təyin etdi - FOTO

21.05.2026 - 09:50Ariz Əhədov

Daha bir ölkəyə quru yolla gedə biləcəyik: ucuz qiymətə! – Əhaliyə MÜJDƏ

20.05.2026 - 23:05Ariz Əhədov

Bol yağışın dəhşətli səbəbi üzə çıxdı - İran görün nə edib... 

20.05.2026 - 22:52Ariz Əhədov

Azərbaycanda zəlzələ oldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 535

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 188

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 011

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 227
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.