Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda yanacaqdoldurma məntəqəsində ÖLÜM
  • Sadıq Sadıqov qəfil vəfat etdi
  • Koçaryan Azərbaycana məlumat ötürübmüş – 100 erməni mühasirəyə düşüb
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Prezident Mərkəzi Bankın yeni binasının açılışında – Fotolar

Prezident Mərkəzi Bankın yeni binasının açılışında - Fotolar

İqtisadiyyat Ariz Əhədov03.06.2026 - 12:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib.

Yeniera.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov dövlət başçısına binada yaradılmış şərait barədə məlumat verib.

Yeni bina paytaxtın Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir.

Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxıb.

Bildirilib ki, sərgidə milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub.

Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib, fiziki məhdudiyyətli şəxslərin binaya rahat və təhlükəsiz şəkildə girişinin, həmçinin sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb.

Binada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri də quraşdırılıb.

Burada, həmçinin əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət məkanı yaradılıb, 340 nəfərlik yeməkxana da onların ixtiyarına veriləcək.

Müxtəlif tədbirlərin və təqdimatların keçiriləcəyi 240 nəfərlik konfrans zalında isə hər bir şərait mövcuddur.

Gecə saatlarında binanın vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərinin və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla, ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.



Bənzər Xəbərlər

05.06.2026 - 20:10Ariz Əhədov

Prezident iki məmuru işdən çıxardı - SƏRƏNCAM

05.06.2026 - 15:40Ariz Əhədov

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

05.06.2026 - 15:25Ariz Əhədov

Prezident Minifutbol Federasiyasına 1 milyon ayırdı

05.06.2026 - 15:22Ariz Əhədov

İlham Əliyev onları təltif etdi - Siyahı

05.06.2026 - 14:28Ariz Əhədov

MEDİA CNN-in feyk xəbəri ilə bağlı açıqlama yaydı

05.06.2026 - 13:50Ariz Əhədov

XİN beş azərbaycanlının həlak olduğu hadisə ilə bağlı MƏLUMAT YAYDI

05.06.2026 - 13:00Ariz Əhədov

İyunun pensiyaları ilə bağlı VACİB XƏBƏR

05.06.2026 - 12:07Ariz Əhədov

Prezident müraciət ünvanladı  

05.06.2026 - 11:18Ariz Əhədov

Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı  

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 671

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 286

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 040

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 271
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.