Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü – Fotolar
  • “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
  • İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı

Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı  

İqtisadiyyat Ariz Əhədov05.06.2026 - 11:18
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Rabitəbank-ın maaş kartı sahiblərinə komissiya zərbəsi.

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının göstərdikləri xidmətlərə görə komissiya və tariflər tətbiq etməsi normal təcrübə hesab olunsa da, bəzi hallarda bu şərtlər və xidmət şəbəkəsinin yetərsizliyi vətəndaşlar, xüsusilə də maaş kartı istifadəçiləri üçün ciddi maliyyə yükünə və narazılığa çevrilir. Son dövrlər bu növ problemlərlə gündəmə gələn maliyyə qurumlarından biri də “Rabitəbank” ASC-dir.

Vətəndaşların Oxu24.com-a verdiyi məlumata görə, “Rabitəbank”ın maaş kartlarından digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılarkən və ya kartdan karta (card to card) köçürmə əməliyyatları aparılarkən yüksək faiz dərəcəsi ilə komissiya tutulur. Belə ki, vətəndaşlar başqa bankın bankomatından hər 100 manat nağdlaşdırarkən bank tərəfindən düz 3 manat komissiya haqqı kəsilir. Yüksək tarif kartdan karta pul köçürmələrinə də şamil edilir. Maaş alan sıravi vətəndaş, müəllim və ya dövlət qulluqçusu üçün bu məbləğ kifayət qədər böyük itki deməkdir.

Vəziyyəti daha da qəlizləşdirən əsas amil isə “Rabitəbank”ın xidmət şəbəkəsinin coğrafiyası ilə bağlıdır. Xüsusilə respublikanın bir çox regionlarında bankın filial və bankomatlarının olmaması və ya olduqca məhdud sayda olması insanları çarəsiz vəziyyətdə qoyur. Bölgələrdə yaşayan maaş kartı sahibləri öz qanuni məvaciblərini komissiyasız nağdlaşdırmaq üçün ya kilometrlərlə məsafə qət edib başqa rayon mərkəzinə getməli, ya da məcbur qalıb yaxınlıqdakı digər bankların bankomatlarından istifadə edərək hər 100 manata görə 3 manat xidmət haqqı ödəməlidirlər. Bu infrastruktur çatışmazlığı vətəndaşların həm vaxt, həm də maddi itki ilə üzləşməsinə, böyük əziyyət çəkməsinə səbəb olur.

Məsələnin hüquqi tərəflərini Oxu24.com-a şərh edən hüquqşünas Elnur Məmmədov bildirib ki, bankların digər bankomatlar vasitəsilə aparılan əməliyyatlara görə komissiya tutması qanunvericiliyə zidd olmasa da, burada mühüm şəffaflıq meyarları mövcuddur:

“Bankın maaş kartı istifadəçilərindən digər bankların bankomatları vasitəsilə nağd pul çıxarılmasına və ya köçürmə əməliyyatlarına görə komissiya tutması, prinsip etibarilə, qanunvericiliyə zidd hesab edilmir. Lakin belə komissiyaların tətbiqi bir sıra hüquqi şərtlərə riayət olunmaqla mümkündür.

İlk növbədə, bank xidmətlərinə görə tutulacaq tariflər və komissiyalar müştəri ilə bağlanmış müqavilədə, xidmət şərtlərində və ya tarif cədvəllərində aydın şəkildə göstərilməlidir. Müştəri hesab açarkən və ya maaş kartı əldə edərkən həmin şərtlərlə tanış olmaq imkanına malik olmalıdır”.

Onun sözlərinə görə, banklar xidmət haqları və tariflər barədə məlumatı açıq, əlçatan və başa düşülən formada təqdim etməyə borcludurlar. Tariflərdə dəyişiklik edildiyi halda, müştərilər əvvəlcədən məlumatlandırılmalı, bu barədə bankın rəsmi internet səhifəsində, mobil tətbiqində, SMS, elektron poçt və ya müqavilədə nəzərdə tutulmuş digər kommunikasiya vasitələri ilə bildiriş verilməlidir.

Hüquqşünas həmçinin qeyd edib ki, əgər komissiya tutulması barədə məlumat müştəriyə əvvəlcədən açıqlanmayıbsa, yaxud bank tərəfindən təqdim edilmiş tariflərdə belə ödəniş nəzərdə tutulmayıbsa, bu halda istehlakçının məlumatlandırılmaq hüququnun pozulmasından söhbət gedə bilər. Belə hallsarda müştəri bankdan əsaslandırma tələb etmək, şikayət vermək və zərurət olduqda maliyyə ombudsmanına və ya məhkəməyə müraciət etmək hüququna malikdir:

“Nəticə etibarilə, digər bankomatlardan nağdlaşdırma və köçürmələrə görə komissiya tutulması qanunvericiliyə uyğun sayıla bilər, lakin bunun üçün xidmət haqqının məbləği və tətbiq şərtləri müştəriyə əvvəlcədən və şəffaf şəkildə açıqlanmalı, bankın tarif siyasəti müştərinın məlumatlandırılması prinsiplərinə uyğun həyata keçirilməlidir”.

E.Məmmədovun rəyindən də göründüyü kimi, bankın tarif müəyyən etmək hüququ olsa da, istehlakçıların hüquqlarının qorunması və şəffaflıq ali prinsip olmalıdır. Regionlarda bankomat şəbəkəsini qurmayan və vətəndaşı faktiki olaraq digər bankların xidmətindən istifadə etməyə məcbur qoyan maliyyə qurumlarının yüksək faiz dərəcələri tətbiq etməsi isə sosial narazılığı artırır. Maddi çətinlik çəkən və bölgələrdə infrastruktur azlığından əziyyət çəkən vətəndaşlar mövcud tarif siyasətinə yenidən baxılmasını tələb edirlər.

Qeyd edək ki,Azərbaycan Mərkəzi Bankının aylıq açıqlamalarında “Rabitəbank” ən çox şikayət olunanlar sırasında yer alır.Rəsmi statistikaya nəzər saldıqca bu ilin əvvəlindən hər ay bankdan şikayətçi olan vətəndaşların faizi artıb.Aprel ayında bankdan şikayət indeksi 1.46 faiz olub. bu isə onları sarı siyahıya salıb.

Oxu24.com məsələ ilə bağlı “Rabitəbank”a sorğu ünvanlasa da,yazı yayımlanana qədər sorğuya cavab verilməyib.

Bənzər Xəbərlər

19.09.2026 - 19:40Gülnar Əliyeva

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - Fotolar

19.09.2026 - 13:20Gülnar Əliyeva

“Mossad”la əməkdaşlığa görə edam edildi

19.09.2026 - 12:40Gülnar Əliyeva

Bazar gününün havası

19.09.2026 - 12:27Gülnar Əliyeva

İşləyən şəxslərin diqqətinə!Həftəsonu istirahət günləri dəyişəcək

19.09.2026 - 01:45Gülnar Əliyeva

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

19.09.2026 - 01:37Gülnar Əliyeva

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

19.09.2026 - 01:18Gülnar Əliyeva

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

18.09.2026 - 22:00Gülnar Əliyeva

Bu yol 2 gün bağlı olacaq - Sürücülərin nəzərinə!

18.09.2026 - 20:40Gülnar Əliyeva

Pensiyalar 10 faiz artıb - Nazirlik

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 064

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 098

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.