Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Netanyahu İlham Əliyevi təbrik etdi
  • Prezident fərman imzaladı
  • “Facebook” və “Instagram” çökdü
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu şəxslər üçün quru sərhədi açıla bilər

Bu şəxslər üçün quru sərhədi açıla bilər 

Cəmiyyət Ariz Əhədov12.06.2026 - 17:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
Hazırda Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 45 minə yaxındır. Bu rəqəm həm bakalavr, həm magistratura, həm də doktorantura səviyyələrində təhsil alan tələbələri əhatə edir. Ümumilikdə, Türkiyə Statistika Qurumunun (TÜİK) rəsmi məlumatlarına əsasən, Türkiyədə rəsmi yaşayış icazəsi (ikamət izni) ilə yaşayan Azərbaycan vətəndaşlarının sayı 71 min nəfərə yaxındır.
Yeniera.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, yay tətili başlayır və Türkiyə artıq ucuz deyil, bahalı ölkədir:
“Tələbələrin 2 aylıq tətil müddətində Türkiyədə qalmaları baha başa gəlir. Yay tətilində iş tapmayanlar vətənə dönmək, ailələrini görmək, heç olmasa, 2 ay ərzində xərclərini azaltmaq istəyirlər. Son 6 ildə dəfələrlə bu problemi qaldırmışıq. Bu il yenə məsələ aktuallaşıb – quru sərhədlərin anlaşılmaz şəkildə bağlı qalması tələbələr üçün əlavə yük yaradır. Təyyarə biletləri çox bahadır, yayda tələbat artdığı üçün qiymətlər də yüksəlir.
Naxçıvanda qeydiyyatda olanlar üçün Türkiyə ilə quru sərhədlər açıqdır. Bu doğrudur, çünki naxçıvanlılar üçün sərhədin açıq olması lazımdır. Amma bu, vətəndaşlar arasında qeyri-bərabərlik yaradır. Heç olmasa, bu məsələdə tələbələr üçün şərait yaradılmalıdır. Təsəvvür edin ki, eyni universitetdə iki azərbaycanlı təhsil alır. Onlardan biri, məsələn, Şəkidə, digəri isə Naxçıvanda qeydiyyatdadır. Naxçıvan qeydiyyatı olan tələbə cəmi 50-60 manat xərc çəkərək Türkiyənin müxtəlif şəhərlərindən evinə gələ bilir, amma şəkili, gəncəli, qubalı, bakılı tələbə bunu edə bilmir. Bu, ədalətli deyil! Quru sərhədlər tam açılmalıdır. Bu bir yana, heç olmasa, Türkiyədə təhsil alan tələbələrin Naxçıvan üzərindən ölkəyə girişinə icazə verilməlidir ki, onlar daha ucuz qiymətə vətənə dönə bilsinlər. Naxçıvandan İran ərazisindən keçməklə avtobus marşrutu da mövcuddur. Onlar cəmi 100-120 manata Bakıya gəlib çıxa bilərlər. Bəli, yol uzun və yorucu olur, amma tələbələr gəncdirlər, onlar üçün vəsaitə qənaət etmək daha vacibdir. Nazirlər Kabinetinə çağırışım odur ki, lütfən, bu məsələyə baxın. Bir qərarla on minlərlə insanın problemini həll etmiş olarsınız”.

Bənzər Xəbərlər

12.06.2026 - 16:50Ariz Əhədov

Əhaliyə MÜHÜM XƏBƏR: Bu mənzillərlə bağlı güzəştlər edilə bilər

12.06.2026 - 16:46Ariz Əhədov

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026 - 16:18Ariz Əhədov

Bu rayonlarda ehsan ləğv olunub — SİYAHI

12.06.2026 - 12:50Ariz Əhədov

Bu ərazilərdə leysan var

12.06.2026 - 11:50Ariz Əhədov

DYP məzunlara və valideynlərə müraciət etdi

12.06.2026 - 11:00Ariz Əhədov

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildi

12.06.2026 - 09:00Ariz Əhədov

Rekord istilər gəlir: 28 il sonra ilk – Azərbaycanı nə gözləyir?

11.06.2026 - 22:41Ariz Əhədov

ŞAD XƏBƏR: İctimai nəqliyyatda 10 faizlik güzəşt ediləcək - VİDEO

11.06.2026 - 18:29Ariz Əhədov

Baş nazir TƏCİLİ iclas keçirdi - Tapşırıqlar verildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 752

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.