Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Sədərək”də biznesmen bıçaqlandı
  • Bu şəxslər üçün quru sərhədi açıla bilər
  • Əhaliyə MÜHÜM XƏBƏR: Bu mənzillərlə bağlı güzəştlər edilə bilər
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»DYP məzunlara və valideynlərə müraciət etdi

DYP məzunlara və valideynlərə müraciət etdi

Cəmiyyət Ariz Əhədov12.06.2026 - 11:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib.

Yeniera.az xəbər verir ki, müraciətdə deyilir:

“Təəssüf hissi ilə qeyd etməliyik ki, ötən illərin təhlili göstərir ki, bəzi hallarda məzunlar və yeniyetmələr “Son zəng” günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrini idarə etməyə cəhd göstərir, yaxud onlara bu cür imkan yaradılır. Belə məsuliyyətsiz davranışlar isə əksər hallarda ağır yol-nəqliyyat hadisələri, insan itkisi, yaxud digər faciələrlə nəticələnir.

Xatırladırıq ki, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etmək, habelə avtomobilin sürücülük hüququ olmayan şəxslərə etibar edilməsi yolverilməzdir. Belə hallar təkcə qanunvericiliyin tələblərinin pozulması deyil, həm də insanların həyat və sağlamlığını ciddi təhlükə altına qoyan hərəkətlərdir.

Eyni zamanda bildiririk ki, skuterlərin idarə edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddi, moped və motosikletlərin idarə edilməsi üçün isə müvafiq sürücülük hüququ tələb olunur. Bu nəqliyyat vasitələrinin qanunvericiliyin tələblərinə zidd şəkildə idarə edilməsi, eləcə də onlardan təhlükəli və nümayiş xarakterli hərəkətlər üçün istifadə olunması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər.

Valideynlərə müraciət edərək onları övladları üzərində nəzarəti daha da gücləndirməyə, həyat və sağlamlığı təhlükə altına qoya biləcək davranışların qarşısını vaxtında almağa çağırırıq. Unutmaq olmaz ki, diqqətsizlik və ya səhlənkarlıq nəticəsində baş verən hadisələr sonradan ağır peşmançılıq doğuran, bəzən isə geri dönüşü olmayan nəticələrə səbəb olur.

Eyni zamanda, avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, nəqliyyat vasitələrini sürücülük hüququ olmayan şəxslərə təqdim etməməyə çağırırıq.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, “Son zəng” tədbirləri ilə əlaqədar ümumtəhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, məzunların daha çox toplaşdığı məkanlarda və hərəkətin intensiv olduğu istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə xidmət gücləndirilmiş rejimdə təşkil ediləcək, zəruri nəzarət-profilaktik tədbirlər həyata keçiriləcəkdir.

Yol hərəkəti iştirakçılarından xahiş edirik ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl etsin, hərəkətin təşkilinə mane ola biləcək davranışlardan çəkinsin və ümumi təhlükəsizlik tədbirlərinə anlayışla yanaşsınlar.

“Son zəng” həyatınızın ən yaddaqalan günlərindən biridir. Bu günün sevincinin kədərə çevrilməməsi ilk növbədə sizin məsuliyyətli davranışınızdan asılıdır. Həyatınızın yeni mərhələsinə təhlükəsiz addım atın, özünüzün və başqalarının həyatını riskə atacaq davranışlardan uzaq olun”.

Bənzər Xəbərlər

12.06.2026 - 17:13Ariz Əhədov

Bu şəxslər üçün quru sərhədi açıla bilər 

12.06.2026 - 16:50Ariz Əhədov

Əhaliyə MÜHÜM XƏBƏR: Bu mənzillərlə bağlı güzəştlər edilə bilər

12.06.2026 - 16:46Ariz Əhədov

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

12.06.2026 - 16:30Ariz Əhədov

Tanınmış bloger canlı yayım zamanı VƏFAT ETDİ

12.06.2026 - 16:18Ariz Əhədov

Bu rayonlarda ehsan ləğv olunub — SİYAHI

12.06.2026 - 16:11Ariz Əhədov

Vüsal Aslanovun müşaviri rəhbər təyin edildi - FOTO

12.06.2026 - 13:03Ariz Əhədov

İran XİN Trampın sözlərini təsdiqlədi

12.06.2026 - 12:50Ariz Əhədov

Bu ərazilərdə leysan var

12.06.2026 - 12:38Ariz Əhədov

66 yaşlı kişi dənizdə boğuldu

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 752

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.