Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Şahin Bağırov onu işdən çıxardı – FOTO
  • Günel Hüseynova rəis təyin edildi – FOTO
  • Azərbaycanda polkovnik vəfat etdi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu tarixdən dəhşətli istilər başlayır – XƏBƏRDARLIQ

Bu tarixdən dəhşətli istilər başlayır - XƏBƏRDARLIQ

Cəmiyyət Ariz Əhədov19.06.2026 - 15:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Hidrometeorologiya Xidmətindən verilən son məlumata görə, iyunun 20-də ölkə ərazisində hava şəraitinin kəskin isinəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi proqnozlaşdırılır. Paytaxt və yarımadada havanın temperaturu gecə 21-25° isti, gündüz isə rekor həddə – 33-38° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında da bənzər bürkü və isti hava şəraiti hökm sürəcək. Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilsə də, günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə arabir qısamüddətli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur bölgələrdə gecə 19-24° isti, gündüz 35-39° isti, dağlıq rayonlarda isə gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə isə 28-32° isti olacaq.

Məsələ ilə bağlı həkim-kardioloq Səlim Kərimov NOCOMMENT.az-a qeyd edib ki, iyunun 20-dən başlayan bu cür kəskin temperatur artımı xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən vətəndaşlar üçün ciddi risklər yaradır: “Gündüz saatlarında temperaturun 38-39 dərəcəyə yüksəlməsi bədənin termorequlyasiya sistemini gərginləşdirir, güclü tərləmə nəticəsində orqanizm sürətlə su və mühüm mineralları (kalium, maqnezium) itirir. Bu isə qanın qatılaşmasına, arterial təzyiqin qəfil dəyişməsinə, taxikardiyaya və son nəticədə infarkt, insult riskinin kəskin artmasına səbəb olur. Kardioloji problemi olan şəxslər, yaşlılar və uşaqlar bu günlərdə xüsusilə diqqətli olmalıdırlar. Günəş şüalarının birbaşa təsirinə məruz qalmaq qətiyyən olmaz”.

Onun sözlərinə görə, anomal isti hava dalğasından qorunmaq və sağlamlığı riskə atmamaq üçün vətəndaşlar gündəlik rejimlərinə mütləq düzəlişlər etməlidirlər: “İlk növbədə, günəş aktivliyinin pik nöqtəsində olduğu saat 11:00-dan 17:00-a qədər məcburi olmadıqca açıq havaya çıxmamağı tövsiyə edirik. Çölə çıxmaq zərurəti yarandıqda isə mütləq açıq rəngli, pambıq parçadan olan geniş geyimlərə üstünlük verilməli, baş nahiyəsi papaq və ya çətirlə qorunmalıdır. Gün ərzində qəhvə, tünd çay və şəkərli içkilərin miqdarı azaldılmalı, onların əvəzinə otaq temperaturunda olan təmiz su, ayran və ya az duzlu mineral sular qəbul edilməlidir. Ürək xəstələri həkim tərəfindən təyin olunmuş dərman preparatlarının qəbulunu vaxtlı-vaxtında icra etməli və təzyiqlərini mütəmadi nəzarətdə saxlamalıdırlar”.

Bənzər Xəbərlər

19.06.2026 - 18:15Ariz Əhədov

Şahin Bağırov onu işdən çıxardı - FOTO

19.06.2026 - 17:43Ariz Əhədov

Günel Hüseynova rəis təyin edildi - FOTO

19.06.2026 - 17:30Ariz Əhədov

Azərbaycanda polkovnik vəfat etdi - FOTO

19.06.2026 - 17:18Ariz Əhədov

Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

19.06.2026 - 17:05Ariz Əhədov

Yanğında körpəsini itirən ana da 8 gün sonra öldü

19.06.2026 - 16:40Ariz Əhədov

Baş nazir QƏRAR İMZALADI

19.06.2026 - 13:05Ariz Əhədov

Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.06.2026 - 12:43Ariz Əhədov

Elburus İsmayılov VƏFAT ETDİ - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 767

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 183

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.