Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar
  • Ali Məhkəmənin hakiminə ağır itki üz verdi
  • Elburus İsmayılov VƏFAT ETDİ – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar

Çıxarışlarla bağlı ŞAD XƏBƏR: Milli Məclisdən önəmli qərar

İqtisadiyyat Ariz Əhədov19.06.2026 - 13:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Hazırda Azərbaycanda 500 mindən çox sənədsiz ev var. Və bu məsələnin həlli ilə bağlı müxtəlif vaxtlarda təşəbbüslər olsa da, sistemli və kompleks islahat lazımdır. Bu gün sənədsiz evdə yaşayan vətəndaşlarımız qeydiyyata düşə bilmir”.

Yeniera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün baş tutan iclasında deputat Kamal Cəfərov deyib. O bildirib ki, sənədsiz evlər bu gün dəyərinin 20-30 faiz ucuz satılır:

“Qeydiyyata düşə bilmədiyi üçün ərazi üzrə dövlət xidmətlərindən onların tam çıxışı olmur. Evlərinə qaz çəkə bilmir. Ailə başçısı vəfat edənlər vərəsəlik hüququnu avtomatik tanımır. Övladlar qanuni yolla keçə bilmir. Boşanma zamanı mənzil hüququnu itirdikləri üçün iddia edə bilmir. Və sənədsiz evlərdə bu günlərdə dəyərinin 20-30 faiz ucuz satılır. Banklar tərəfindən girov kimi də qəbul edilmir, ona görə bəzi hallarda vətəndaş öz evini kapitala çevirib kiçik biznes də qura bilmir.

Mən düşünürəm ki, bu çox mürəkkəb məsələdir və müxtəlif vaxtlarda həm həmkarlarımın da müxtəlif çıxışları, yanaşmaları olub. Bu məsələnin məsuliyyətinə də hazırda riskli tərəflər də həqiqətən çoxdur. Ancaq sənədsiz evlərlə bağlı dünya təcrübəsi, misal üçün, qardaş Türkiyənin təcrübəsi mövcuddur. Türkiyədə İmar Barışı qanunu çərçivəsində 2018-ci ildə 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi miqdarında ilkin rüsum ödəməklə çıxarış alıb.

Biz də buna oxşar təcrübəni tətbiq edə bilərik. Faktiki məsələdir ki, nəqliyyat və enerji xətləri üzrə mühafizə zolaqlarında, riskli ərazilərdə, strateji torpaqlarda, o cümlədən mübahisəli evlər istisna olmaqla sənədsiz evlərə çıxarış verilə bilər. Bu, iqtisadiyyatımızda, o cümlədən büdcədə milyardlarla manat həcmində əlavə və rəqabətli dəyər yaradacaq. Ona görə təklif edirəm ki, sənədsiz evlər üçün şəhərsalma və memarlıq elmində amnistiya olunsun, bununla bağlı xüsusi proqram hazırlansın və bu məsələ də mərhələli şəkildə öz həllini tapsın”.

Bənzər Xəbərlər

19.06.2026 - 12:55Ariz Əhədov

Ali Məhkəmənin hakiminə ağır itki üz verdi

19.06.2026 - 12:43Ariz Əhədov

Elburus İsmayılov VƏFAT ETDİ - FOTO

19.06.2026 - 12:16Ariz Əhədov

Erməni mediası Misir Mərdanovdan yazdı - Nə baş verir?

19.06.2026 - 12:03Ariz Əhədov

Azərbaycanlı gənc Qara dənizdə boğuldu

19.06.2026 - 11:50Ariz Əhədov

Flora Kərimova ilə bağlı SON MƏLUMAT 

19.06.2026 - 11:38Ariz Əhədov

Nazirlik 12 nəfərin ölümü ilə bağlı MƏLUMAT yaydı

19.06.2026 - 11:25Ariz Əhədov

Həftəsonu bürcləri nə gözləyir? - Kimə sevgi, kimə pul

19.06.2026 - 11:13Ariz Əhədov

"Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Paşinyanla bağlı ŞOK

19.06.2026 - 11:00Ariz Əhədov

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 766

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 181

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.