Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?
  • Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ
  • Messi yenidən “Barselona” forması geyinəcək – SON DƏQİQƏ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Maraqlı»Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ

Maraqlı Ariz Əhədov21.06.2026 - 23:34
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mənzil alarkən insanların ən çox diqqət etməli olduğu sənəd çıxarışdır. Lakin daşınmaz əmlak bazarında sənədləşmə ilə bağlı problemlər və dələduzluq halları bu prosesi riskli edə bilir. Bəzi mənzillərə illərlə çıxarış verilməməsi, eləcə də saxta çıxarış, etibarnamə və digər mülkiyyət sənədləri ilə bağlı faktlar vətəndaşların narahatlığını artırır.

Minlərlə manatlıq əmlak alqı-satqısı zamanı hansı risklərə diqqət yetirilməlidir?

Yeniera.az xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Rəhim Xoyski bildirir ki, vətəndaşlar notariusdan müəyyən arayışlar əldə etməlidir:

“Mülki Məcəllənin 139-1.1-ci maddəsinə əsasən, mülkiyyət hüququnun qeydiyyatı üçün ilk olaraq, Dövlət Reyestrindən Çıxarış yoxlanmalıdır. Bu, əmlakın mülkiyyətçisinin kim olduğunu və əmlakın rəsmi qeydiyyatda olduğunu təsdiq edən əsas sənəddir.

İkinci, yüklülük barədə, yəni əmlakın üzərində həbs, qadağa, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmadığını göstərən arayış (Forma-1) alınmalıdır. Hazırda bu məlumatlar notariuslar tərəfindən elektron sistem vasitəsilə real vaxt rejimində yoxlanılır. Bina hələ çıxarışla təmin olunmayıbsa, MTK üzvlərinin ümumi yığıncağının qərarı və pay haqqının tam ödənildiyi barədə maliyyə arayışı, mənzil nikah dövründə alınıbsa, həyat yoldaşının notarial qaydada təsdiq edilmiş razılığı mütləqdir”.

Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlakla bağlı təkrar satış ən geniş yayılan problemlərdəndir:

“Xüsusilə çıxarışı olmayan MTK binalarında eyni mənzilin bir neçə şəxsə satılması ən çox rast gəlinən saxtakarlıq hallarından biridir. Bundan başqa saxta sənədləri də qeyd etmək olar. Köhnə nümunəli və ya saxta möhürlərlə hazırlanmış “çıxarışlar”, etibarnamələr hazırlanır, həmçinin üzərində məhkəmə qərarı və ya vergi borcu səbəbindən qadağa olan əmlakın gizli satılmasına cəhdlər edilir”.

Bəs sənədlərin həqiqiliyini necə yoxlamaq olar? Vətəndaşlar özlərini mümkün dələduzluq hallarından qorumaq üçün hansı addımları atmalıdırlar?

R.Xoyski burada faydalı ola biləcək portalların adını qeyd edib. Onun sözlərinə görə, sənədin həqiqiliyi yoxlamağın rəsmi üsullarından biri, “Elektron Hökumət” portalıdır (e-gov.az). Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın yoxlanılması” xidməti vasitəsilə çıxarışın nömrəsini daxil edərək sənədin rəsmi olub-olmadığını görmək mümkündür:

“Əmlak Məsələləri Dövlət Xidmətinin portalında (e-emlak.az) əmlakın statusu və reyestr məlumatları ilə də tanış olmaq olar. Notarius vasitəsiylə alqı-satqı zamanı notarius “Azərbaycan Notariatı” informasiya sistemi vasitəsilə birbaşa Əmlakın Reyestri Xidmətinə sorğu göndərir və sənədin həqiqiliyini anında təsdiqləyir”.

Hüquqşünas həmçinin elektron xidmətlərin saxtakarlıq riskini minimuma endirdiyini vurğulayıb.

“Əvvəllər kağız sənədlər üzərində aparılan əməliyyatlar günlərlə çəkirdisə, indi elektron sistem vasitəsiylə əmlakın üzərindəki qadağa saniyələr ərzində görünür. Notarius, ASAN Xidmət və Reyestr İdarəsi vahid şəbəkədə birləşdiyi üçün saxta kağız sənədlə mənzil satmaq artıq praktiki olaraq qeyri-mümkündür. 2019-cu ildən tətbiq edilən elektron çıxarışlar itmə, sıradan çıxma və saxtalaşdırılma riskini tamamilə aradan qaldırıb, çünki sənəd yalnız sistemdə (bazada) mövcud olan elektron qeydlə hüquqi qüvvəyə malikdir”- deyə o, əlavə edib.

Bənzər Xəbərlər

22.06.2026 - 00:20Ariz Əhədov

Trampdan İranla bağlı ŞOK AÇIQLAMA: NƏ OLACAQ?

21.06.2026 - 23:31Ariz Əhədov

Messi yenidən "Barselona" forması geyinəcək - SON DƏQİQƏ

21.06.2026 - 22:06Ariz Əhədov

"Qarabağ" DÇ-2026-da iştirak edən qapıçını transfer etdi - FOTO

21.06.2026 - 22:04Ariz Əhədov

Elgiz Əkbərin yeni işi - burda ÇALIŞACAQ

21.06.2026 - 22:02Ariz Əhədov

50 yaşlı Sahil Paşayevin cansız bədəni TAPILDI

21.06.2026 - 22:01Ariz Əhədov

SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb — Həbs olunanlar var

21.06.2026 - 19:30Ariz Əhədov

Andrade “Qarabağ”dan gedir - Bu klubla ANLAŞDI

21.06.2026 - 19:22Ariz Əhədov

İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır

21.06.2026 - 19:15Ariz Əhədov

İsmayıl İmanzadə vəfat etdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 771

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 193

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 350

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.