Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rusiya-Ukrayna müharibəsi başa çatır? – Zelenskidən AÇIQLAMA
  • Nəbi Mahmudov vəfat etdi – FOTO
  • Hava ilə bağlı əhaliyə MÜRACİƏT
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Hava ilə bağlı əhaliyə MÜRACİƏT

Hava ilə bağlı əhaliyə MÜRACİƏT

Cəmiyyət Ariz Əhədov27.06.2026 - 10:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Fövqəladə Hallar Nazirliyi küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Yeniera.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sıra bölgələrdə müşahidə olunan yağıntılı hava şəraitinin iyunun 28-i axşamadək davam edəcəyi, bəzi ərazilərdə, o cümlədən iyunun 27-dən 28-nə keçən gecə Bakıda və Abşerin yarımadasında yağışın güclü olacağı, bəzi həssas yerlərdə subasma, dağ çaylarından isə qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, FHN müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan başqa, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bənzər Xəbərlər

27.06.2026 - 10:44Ariz Əhədov

Rusiya-Ukrayna müharibəsi başa çatır? - Zelenskidən AÇIQLAMA

27.06.2026 - 10:30Ariz Əhədov

Nəbi Mahmudov vəfat etdi - FOTO

27.06.2026 - 09:10Ariz Əhədov

Yaxın saatlarda Abşeronda leysan olacaq - XƏBƏRDARLIQ

27.06.2026 - 09:00Ariz Əhədov

Bakıda gənc oğlan bıçaqlandı

26.06.2026 - 22:52Ariz Əhədov

Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

26.06.2026 - 22:50Ariz Əhədov

Azərbaycanda bu markalı benzin bahalaşdı

26.06.2026 - 22:48Ariz Əhədov

"WhatsApp"da bu xidmətlər ödənişli olur

26.06.2026 - 22:47Ariz Əhədov

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

26.06.2026 - 22:46Ariz Əhədov

Elşən Həsənovun meyiti tapıldı

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 790

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 206

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.