Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI
  • Azərbaycanda bu markalı benzin bahalaşdı
  • “WhatsApp”da bu xidmətlər ödənişli olur
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Gündəm Ariz Əhədov26.06.2026 - 22:47
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“İlk olaraq müəyyənləşdirmək lazımdır ki, hərbi xidmətdən yayınan şəxslər kimlərdir və nədən yayınırlar? Burada çağırışçılar çağırış prosesindən və ya hərbi vəzifəlilər təkrar tibbi şəhadətləndirmədən, eləcə də təlim toplanışlardan yayınırlar”.

Yeniera.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində deyib.

“Yəni konkret olaraq, kateqoriyalar var. El arasında “neqodnı” sözündən çox istifadə edirlər. Burada 3 ildən bir komissiyadan keçməli olan şəxslərdən söhbət gedir. Yayınan şəxslərlə bağlı normalar qanunvericilikdə də əks olunub. Burada maarifləndirmə məsələləri çox böyük əhəmiyyət kəsb edir.

İlk olaraq onların tapılmasında ərazi polis orqanlarına müraciət olunur və birgə axtarış tədbirləri aparılır, inzibati məsuliyyətə cəlb olunurlar. Yeri gəlmişkən, Sizin vasitənizlə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına bizə yaxından dəstək göstərdiklərinə görə təşəkkürümü bildirmək istərdim. Yayınma halları davam etdirdikdə sərhədkeçməyə məhdudiyyət tətbiq olunur, tapılmadıqda isə materiallar prokurorluq orqanlarına göndərilir.

Artıq Cinayət Məcəlləsində də bununla bağlı dəyişiklik edilib və 321-ci maddənin qeyd hissəsində bu təsbit olunur. Xidmət yayınma hallarının kriminallaşdırılmasında maraqlı deyil. Bir daha da vətəndaşlarımızı yayınma hallarına yol verməməyə çağırıram. Mənim çağırışım əsasən valideynlərə olacaq. Oğlanların gələcək həyatında müddətli həqiqi hərbi xidmət keçməsi çox vacibdir. Həm “kişilik məktəbi”dir, həm də onlar gələcək həyatlarında hər hansı bir qurumda işləməsi üçün müddətli həqiqi xidmət keçməsi mühüm şərt hesab olunur”, – o qeyd edib.

Xidmət rəisi hərbi xidmətdən yayınan şəxslərlə bağlı suala cavabında bildirib ki, bu prosesi Xidmət daxilində tənzimləməyə çalışırlar: “Faktlar var, bununla bağlı mediada da məlumatlara rast gəlirik, amma bu, kütləvi deyil. Bəzi hallarda prokurorluq orqanları cinayət işlərinə başlanmasını həyata keçirirlər. Bu gün məhkəmə qərarları da mövcuddur. Amma bir daha deyirəm ki, biz həmin faktların kriminallaşdırılmasında maraqlı deyilik.

Biz vətəndaşları nizam-intizama çağırırıq. Bu yerdə “neqodnı” olan vətəndaşlara çağırış edirəm: Öz hərbi biletlərini açsınlar, orada onların komissiyadan keçməsi ilə bağlı konkret tarixlər mövcuddur. Onlar bu hərbi biletə imza çəkiblər. Xahiş edirik, vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək. Bu, həm də Xidmətin işini asanlaşdırar”.

Bənzər Xəbərlər

26.06.2026 - 22:52Ariz Əhədov

Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

26.06.2026 - 22:50Ariz Əhədov

Azərbaycanda bu markalı benzin bahalaşdı

26.06.2026 - 22:48Ariz Əhədov

"WhatsApp"da bu xidmətlər ödənişli olur

26.06.2026 - 22:46Ariz Əhədov

Elşən Həsənovun meyiti tapıldı

26.06.2026 - 22:44Ariz Əhədov

Elman Himayətoğluna VƏZİFƏ VERİLDİ

26.06.2026 - 18:50Ariz Əhədov

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi - FOTO

26.06.2026 - 18:47Ariz Əhədov

Dilarə Səlim vəzifəsindən azad edildi

26.06.2026 - 18:46Ariz Əhədov

Bakıda usta iş zamanı qəfil öldü

26.06.2026 - 18:41Ariz Əhədov

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 790

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 206

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 355

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.