Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü – Fotolar
  • “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” – VİDEO
  • İlham Əliyev daha bir SƏRƏNCAM İMZALADI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»İqtisadiyyat»Bu mənzilləri alanlara XƏBƏRDARLIQ – Qanunsuzdur

Bu mənzilləri alanlara XƏBƏRDARLIQ - Qanunsuzdur

İqtisadiyyat Ariz Əhədov27.06.2026 - 20:00
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansartında yeni mənzil tikib, “Tik-Tok”da elan verdilər. 3 otaqdan ibarət yeni tikilinin qiyməti 125 min manata təklif edilib. Mənzilin 56 kvadrat metr olduğu da elan lövhəsinə yazılıb. Sözügedən mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133, Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksində qeydə alınıb. Sakinlərdən bildirildi ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir. Kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışların bitdiyini isə komendant söyləyib.

Maraqlıdır, 8 il bundan əvvəl tikilib istifadəyə verilən müasir yaşayış kompleksininin sonuncu mərtəbəsindəki yeni mərtəbə necə artırılıb?”

Paytaxtın mərkəzində ucalan premium sinfə məxsus binanın dam hissəsində aparılan bu qeyri-adi tikinti və onun sosial şəbəkələrdə açıq şəkildə satışa çıxarılması şəhərsalma qaydaları və bina sakinlərinin təhlükəsizliyi baxımından ciddi rezonans doğurub. İllər önçə təhvil verilmiş çoxmənzilli binanın konstruksiyasına kənar müdaxilə edilərək yeni yaşayış sahəsinin yaradılması həm hüquqi qanunsuzluq, həm də binanın yükdaşıma qabiliyyətinə birbaşa təhdid hesab olunur. Bu vəziyyət “8 il sonra belə bir tikintiyə necə göz yumulub və bu cür mənzilləri alan vətəndaşları hansı təhlükələr gözləyir?” suallarını aktuallaşdırıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan əmlak məsələləri üzrə ekspert Camal Abışov qeyd edib ki, 15 mərtəbəli binanın damında və ya mansartında sonradan mənzil tikilməsi tamamilə qanunsuzdur və heç bir dövlət qurumu bu cür özbaşına artırmalara rəsmi icazə verə bilməz: “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, eləcə də Mənzil Məcəlləsinə əsasən, binanın damı, mansartı və zirzəmisi bütün bina sakinlərinin ümumi paylı mülkiyyəti hesab olunur. Tikinti şirkəti (MTK) və ya hər hansı bir şəxs sakinlərin 100 faizli yazılı razılığı olmadan damma bir mismar da vura bilməz. Belə bir tikintinin aparılması birmənalı olaraq özbaşına tikinti qrupuna daxildir və cinayət məsuliyyəti yaradır. Çox təəssüf ki, bəzi MTK-lar daxili satışı bitirdikdən sonra əlavə qazanc əldə etmək üçün qanunsuz yollarla dam hissələrini satır və ya orada qondarma mənzillər inşa edirlər. Fövqəladə Hallar Nazirliyi (FHN) və yerli icra hakimiyyəti orqanları bu cür hallara qarşı dərhal söküntü tədbirləri görməlidir, çünki bu artırma layihədən kənar olduğu üçün binanın seysmik dayanıqlığını təhlükə altına qoyur”.

Onun sözlərinə görə, vətəndaşlar ucuz qiymətə aldanaraq sosial şəbəkələrdə reklam olunan bu cür “tələ” mənzilləri alarkən gələcəkdə həm pullarını, həm də mülklərini itirmək riski ilə üz-üzədirlər: “125 min manata Qış Parkının yanında 3 otaqlı mənzil təklif olunması ilk baxışdan cəlbedici görünə bilər, amma reallıqda bu, hüquqi sabun köpüyüdür. Vətəndaşlar belə mənzilləri alanda bilməlidirlər ki, damda qanunsuz tikilən sahəyə heç bir zaman Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarış (kupça) verilməyəcək. Bu mənzillərin satışı yalnız MTK-nın daxili, qanunsuz müqaviləsi ilə həyata keçirilir. Sabah binaya dövlət komissiyası tərəfindən yekun sənədləşmə veriləndə və ya sakinlər məhkəməyə müraciət edəndə, o tikili dərhal söküləcək və alıcı ortada qalacaq. İnsanlar bina mənzili alarkən mütləq binanın təsdiq olunmuş ilkin memarlıq layihəsini tələb etməli, həmin mənzilin layihədə yaşayış sahəsi kimi qeyd olunub-olunmadığını yoxlamalıdırlar. Əgər sənəddə ora dam və ya texniki mərtəbə kimi keçirsə, həmin mülkdən uzaq durmaq lazımdır. Ucuz ətin şorbası olmadığı kimi, layihədən kənar dam mənzilinin də gələcəyi yoxdur”.

Bənzər Xəbərlər

19.09.2026 - 19:40Gülnar Əliyeva

Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - Fotolar

19.09.2026 - 13:20Gülnar Əliyeva

“Mossad”la əməkdaşlığa görə edam edildi

19.09.2026 - 12:40Gülnar Əliyeva

Bazar gününün havası

19.09.2026 - 12:27Gülnar Əliyeva

İşləyən şəxslərin diqqətinə!Həftəsonu istirahət günləri dəyişəcək

19.09.2026 - 01:45Gülnar Əliyeva

Ruslar donuzdan sürətlə imtina edir – Hinduşkaya tələbat artdı, bu səbəbə görə

19.09.2026 - 01:37Gülnar Əliyeva

Azərbaycanda 160 manata torpaq sahəsi satılır

19.09.2026 - 01:18Gülnar Əliyeva

ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı

18.09.2026 - 22:00Gülnar Əliyeva

Bu yol 2 gün bağlı olacaq - Sürücülərin nəzərinə!

18.09.2026 - 20:40Gülnar Əliyeva

Pensiyalar 10 faiz artıb - Nazirlik

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 064

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 098

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 025

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 818
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.