Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8731 ▼0.0074
  • 100 RUB 2.0649 ▲0.0138
  • GBP 2.2453 ▼0.0042
  • TRY 0.0337 ▼0.0001
  • CNY 0.2548 ▼0.0001
  • GEL 0.6561
  • 100 KZT 0.3816 ▼0.0010
  • UAH 0.0375 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Pensiyalar 10 faiz artıb – Nazirlik

Pensiyalar 10 faiz artıb – Nazirlik

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 222 milyon manat vəsait yönəldilib.

Yeniera.az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.

Yanvar-avqust aylarında 26 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 205 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Paylaş: