Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda qeyri-adi hadisə – VİDEO
  • Bu iki ölkə arasında döyüşlər başladı
  • Sabah bu ərazilərdə qaz kəsiləcək
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş – Xankəndidə söküntü həyata keçiriəcək

Xəlil Göyüşovun şirkətinə 1 milyonluq sifariş - Xankəndidə söküntü həyata keçiriəcək

Cəmiyyət Gülnar Əliyeva30.06.2026 - 14:13
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link
İş adamı Xəlil Göyüşova məxsus olduğu bildirilən “Körpü-Bina-Tikinti” şirkəti Xankəndi şəhərində və Kərkiçahan qəsəbəsində söküntü işləri həyata keçirəcək. 
Yeniera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, layihə işğal dövründə qanunsuz inşa olunmuş bir sıra tikinti obyektlərini əhatə edəcək.
Sifarişçi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyətidir.
Qurumla şirkət arasında bununla əlaqədar satınalma müqaviləsi imzalanıb.
Müqavilənin maliyyə dəyəri 1 171 605,17 manat təşkil edir. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib ki, bu fakt şəffaflığa dair müəyyən suallar yaradır.
Qanunvericiliyə əsasən dövlət satınalmalarında birmənbə metodunun tətbiqi aşağıdakı hallarda keçərlidir:
* 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
* 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:
* 49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;
* 49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
* 49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;
* 49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Xankəndi şəhərində və Kərkicahan qəsəbəsində həyata keçiriləcək söküntü işləri üçün bu hallardan hansı birinin uyğun olduğu aydın deyil. “Körpü-Bina-Tikinti” MMC inşaat sektorunda fəaliyyət göstərir və bu sferada alternativsiz deyil.
Bölgədə hər hansı fövdəqladə hal baş verməyib, mövcud layihənin hər hansı bir satınalmanın davamı olduğuna dair fakta rast gəlinmir və nəhayət satınalma predmeti əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid deyil.
“Körpü-Bina-Tikinti” MMC 17 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 40 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. 2016-cı ildə isə nizamnamə kapitalı 300 000 manata çatdırlıb. “Körpü-Bina-Tikinti” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
Xaliq Göyüşov Xəlil Göyüşovun qardaşıdır. Şirkətin Xəlil Göyüşova məxsus olduğu iddiaların kökündə də bu fakt dayanır.
“Körpü-Bina-Tikinti” MMC bir neçə il əvvəl Sabunçu rayonunda yerləşən tuneldə baş verən faciə ilə gündəmə gəlib. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən və su basdığı üçün 2 nəfərin öldüyü tuneli 2019-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə “Körpü Bina Tikinti” MMC tikib.

Bənzər Xəbərlər

30.06.2026 - 23:29Gülnar Əliyeva

Sabah bu ərazilərdə qaz kəsiləcək

30.06.2026 - 21:42Gülnar Əliyeva

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - RƏSMİ AÇIQLAMA

30.06.2026 - 15:47Gülnar Əliyeva

Əli Əsədov sərəncam imzaladı

30.06.2026 - 13:40Gülnar Əliyeva

Yeni binadan ev və ya obyekt alanların diqqətinə - Bundan sonra

30.06.2026 - 13:29Gülnar Əliyeva

Sahil Babayev önəmli açıqlama verdi - Artırılır!

30.06.2026 - 12:02Gülnar Əliyeva

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

30.06.2026 - 10:00Gülnar Əliyeva

63 yaşlı qadın necə ana oldu? – Həkimi danışdı - VİDEO

30.06.2026 - 01:21Gülnar Əliyeva

Hava bu tarixdən dəyişəcək

29.06.2026 - 19:02Ariz Əhədov

Rektor ona vəzifə verdi - FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 801

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 215

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 358

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 066
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.