Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək
  • Hasil Abbasov onu işdən azad etdi – FOTO
  • Ombudsmanın maaşı 4 dəfə artırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Gülnar Əliyeva30.06.2026 - 21:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilməsi iddiaları həqiqəti əks etdirmir.

Yeniera.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və “Xəzər TV” televiziya kanalına birgə müsahibəsində deyib.

“Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz “Vahid Sağlamlıq” konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir. Bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib. Bununla yanaşı, 300-dən çox laborator ekspertizası aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınmayıb” – o bildirib.

Bənzər Xəbərlər

30.09.2026 - 17:30Gülnar Əliyeva

Pensiyalarla bağlı rəsmi qərar: Yeni ildən qüvvəyə minəcək

30.09.2026 - 14:30Gülnar Əliyeva

Hasil Abbasov onu işdən azad etdi - FOTO

30.09.2026 - 14:10Gülnar Əliyeva

Ombudsmanın maaşı 4 dəfə artırıldı

30.09.2026 - 14:00Gülnar Əliyeva

Əkrəm Tağıyev vəfat etdi- FOTO

30.09.2026 - 13:35Gülnar Əliyeva

Milli Məclis qərar qəbul etdi: 20 il müddətində GÜZƏŞT OLACAQ

30.09.2026 - 11:00Gülnar Əliyeva

Təl-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı 

29.09.2026 - 16:20Gülnar Əliyeva

Abid Şərifovun vəziyyəti ağırlaşdı

29.09.2026 - 16:06Gülnar Əliyeva

Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi

29.09.2026 - 15:52Gülnar Əliyeva

FIFA prezidenti Hövsanda inşa olunan meydançalarda - FOTOLAR

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 213

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 189

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 100

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 855
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.