Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qazini cərəyan vurub öldürdü – Foto
  • Casusluq edən azərbaycanlı SAXLANILDI – Rəşad Sultanov KİMDİR? – ŞOK DETALLAR
  • “Vital Hospital”ın fəaliyyəti dayandırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Casusluq edən azərbaycanlı SAXLANILDI – Rəşad Sultanov KİMDİR? – ŞOK DETALLAR

Casusluq edən azərbaycanlı SAXLANILDI - Rəşad Sultanov KİMDİR? - ŞOK DETALLAR

Dünya Gülnar Əliyeva31.07.2026 - 16:35
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Britaniya və Azərbaycan vətəndaşlığına malik 44 yaşlı Rəşad Sultanov Cənubi Kiprdə yerləşən Britaniya hərbi bazası ilə bağlı casusluq fəaliyyəti göstərməkdə şübhəli bilinərək saxlanılıb.

Yeniera.az xəbər verir ki, iddialara görə, o, bazaya dair topladığı məlumatları İran İslam İnqilabı Keşikçiləri Korpusuna ötürməkdə ittiham olunur.

Böyük Britaniya polisinin məlumatına əsasən, Londonda yaşayan Britaniya–Azərbaycan ikili vətəndaşı Rəşad Sultanov 17 iyul tarixində Cənubi Kipr hakimiyyəti tərəfindən saxlanılıb və hazırda ekstradisiya prosesi çərçivəsində nəzarətdə saxlanılır.

Bildirilib ki, bu iş Böyük Britaniyanın Terrorla Mübarizə Polisi tərəfindən aparılan və ölkənin Milli Təhlükəsizlik Aktı çərçivəsində xaricdə başladılan ilk istintaq hesab olunur.

İstintaq ötən il 11 may–22 iyun tarixləri arasında Cənubi Kiprdə yerləşən RAF Akrotiri Britaniya hərbi bazasında baş verdiyi iddia olunan hadisələri əhatə edir.

Müstəntiqlərin versiyasına görə, Sultanov hərbi bazanı müşahidə edib və topladığı məlumatları İran İnqilabı Keşikçiləri Korpusuna ötürüb. Cənubi Kipr polisi isə məsələ ilə bağlı rəsmi şərh verməyib.

Böyük Britaniyanın Terrorla Mübarizə Polisi İdarəsinin rəhbərlərindən Helen Flaqanan bildirib ki, bu hadisə Britaniyanın xaricdə yerləşən hərbi obyektlərinə qarşı mümkün düşmən dövlət fəaliyyətləri ilə mübarizədə Milli Təhlükəsizlik Aktının tətbiq oluna biləcəyini göstərir.

Qeyd edək ki, RAF Akrotiri Böyük Britaniyanın Kiprin 1960-cı ildə müstəqillik qazanmasından sonra adada qoruyub saxladığı iki suveren hərbi bazadan biridir. Baza daha əvvəl İraq, Suriya və Yəməndə həyata keçirilən hərbi əməliyyatlarda da istifadə olunub./Musavat.com/

Bənzər Xəbərlər

31.07.2026 - 16:50Gülnar Əliyeva

Qazini cərəyan vurub öldürdü - Foto

31.07.2026 - 16:20Gülnar Əliyeva

"Vital Hospital"ın fəaliyyəti dayandırıldı

31.07.2026 - 16:06Gülnar Əliyeva

150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb

31.07.2026 - 15:26Gülnar Əliyeva

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu

31.07.2026 - 14:40Gülnar Əliyeva

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

31.07.2026 - 14:26Gülnar Əliyeva

"Arzum"un növbəti məhkəməsi oldu

31.07.2026 - 13:30Gülnar Əliyeva

Onlar 8000 manat maaş alır

31.07.2026 - 13:15Gülnar Əliyeva

Nazirə yeni müavin təyin edildi

31.07.2026 - 13:00Gülnar Əliyeva

Avqustun ilk günü hava necə olacaq?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 390

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 643

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 661

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 518
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.