Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Qazini cərəyan vurub öldürdü – Foto
  • Casusluq edən azərbaycanlı SAXLANILDI – Rəşad Sultanov KİMDİR? – ŞOK DETALLAR
  • “Vital Hospital”ın fəaliyyəti dayandırıldı
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»“Vital Hospital”ın fəaliyyəti dayandırıldı

"Vital Hospital"ın fəaliyyəti dayandırıldı

Cəmiyyət Gülnar Əliyeva31.07.2026 - 16:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakıda “Vital Hospital” kimi tanınan “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də keçirilən plandankənar yoxlamalar zamanı insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradan kütləvi qanunsuzluqlar üzə çıxıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Yeniera.az-a verilən məlumata görə, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Qanunun 16.1-ci maddəsinə əsasən, 21-23 iyul tarixlərində sözügedən tibb müəssisəsində həyata keçirilib.

Analitik Ekspertiza Mərkəzinin aşkar etdiyi nöqsanlar müəssisədə sanitariya-gigiyena və normativ tələblərin kobud şəkildə pozulduğunu göstərir. Yoxlamalar zamanı aydın olub ki, klinikada tibbi təyinatlı məmulatların və alətlərin dezinfeksiyası ilə sterilizasiyası müvafiq norma və qaydalara uyğun aparılmayıb. Eyni zamanda müəssisədə yararlılıq müddəti keçmiş dərman və tibbi vasitələr aşkar edilib, onların saxlanma şəraitinə riayət olunmadığı üzə çıxıb.

Bununla yanaşı, klinikada rentgenoloji iş üzrə fəaliyyət göstərilsə də, xüsusi icazə sənədinin müddətinin bitdiyi müəyyən olunub və müəssisə tərəfindən radioloji gigiyenik pasport təqdim edilməyib. Tibbi tullantıların idarə olunmasında da ciddi qayda pozuntularına yol verilib. Belə ki, tullantılar çeşidlənməyib, kəsici və deşici tullantılar üçün nəzərdə tutulan sərt karton qutulardan iynə uclarının kənara çıxdığı müşahid olunub. Həmçinin peyvənd sahəsində məişət tipli soyuducudan istifadə edilib, biomateriallarla reagentlərin eyni soyuducuda bir arada saxlanıldığı təsdiqlənib.

Yoxlamalar zamanı “Lisenziyalar və İcazələr haqqında” Qanunun tələblərinin pozulduğu, müəssisənin lisenziyadan kənar fəaliyyət göstərdiyi də təsdiqlənib. Klinikada lisenziyadan kənar kosmetoloji xidmətlərin göstərildiyi faktı aşkarlanıb. Ambulator xidmət üzrə terapevtik, kardioloji və ginekoloji işlər üçün xüsusi prosedur otaqları təşkil edilməyib, kardioloq və ginekoloq həkimlərin qəbulu eyni otaqda həyata keçirilib. Pediatriya, nefroloji, endokrinoloji, ümumi cərrahiyyə, neyrocərrahiyyə və plastik cərrahiyyə daxil olmaqla onlarla sahə üzrə otaqlar qaydalara uyğunlaşdırılmayıb.

Kadr təyinatında da özbaşınalıqlar müəyyən olunub. İxtisasca laborant olan şəxs baş tibb bacısı, şüa diaqnostikası mütəxəssisi isə radioloq vəzifəsinə təyin edilib, bəzi əməkdaşların isə əmək müqavilələri yoxlamaya təqdim olunmayıb.

Aşkar edilən kütləvi hüquqpozmalar insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı üçün “SAĞLAMLIQ VƏ GÖZƏLLİK MƏRKƏZİ” MMC-də stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb. Sahibkara nöqsanları aradan qaldırmaq üçün 10 iş günü vaxt verilib. Müddət bitdikdən sonra klinikada təkrar yoxlama keçiriləcək və yekun qərar veriləcək.

Xatırldaq ki, bir müddət əvvəl “Vital Hospital”da ölü doğulan uşağın zirzəmiyə atıldığı iddia edilmişdi.

Bənzər Xəbərlər

31.07.2026 - 16:50Gülnar Əliyeva

Qazini cərəyan vurub öldürdü - Foto

31.07.2026 - 16:35Gülnar Əliyeva

Casusluq edən azərbaycanlı SAXLANILDI - Rəşad Sultanov KİMDİR? - ŞOK DETALLAR

31.07.2026 - 16:06Gülnar Əliyeva

150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb

31.07.2026 - 15:26Gülnar Əliyeva

Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi bu şəxsə həvalə olundu

31.07.2026 - 14:40Gülnar Əliyeva

“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir

31.07.2026 - 14:26Gülnar Əliyeva

"Arzum"un növbəti məhkəməsi oldu

31.07.2026 - 13:30Gülnar Əliyeva

Onlar 8000 manat maaş alır

31.07.2026 - 13:15Gülnar Əliyeva

Nazirə yeni müavin təyin edildi

31.07.2026 - 13:00Gülnar Əliyeva

Avqustun ilk günü hava necə olacaq?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 390

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 643

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 661

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 518
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.