Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Moskvada biznes tələsi – Elşad Mirbəşirli və vəkil aldadıldı
  • Hava niyə vaxtından tez soyudu? -SƏBƏB
  • Bu bürcə sahib olanlara PİS XƏBƏR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi – VİDEO

Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO

Gündəm Gülnar Əliyeva12.08.2026 - 14:06
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Tanınmış müğənni, xalq mahnılarının mahir ifaçılarından olan Xanhüseyn Hüseynov doğma kəndi üçün diqqətçəkən təşəbbüsə imza atıb.

Yeniera.az xəbər verir ki, “Bakupost”un əldə etdiyi məlumata görə, əslən Lerik rayonunun Gendov kəndindən olan, hazırda Biləsuvarda yaşayan sənətçi Yardımlı rayonunun Bilnə kəndi ilə Lerikin Gendov kəndini birləşdirən yolu öz vəsaiti hesabına abadlaşdırıb.

Bilnə və Gendov coğrafi baxımdan bir-birinə yaxın kəndlər olsa da, aralarındakı yol uzun illər avtomobillərin normal hərəkəti üçün yararsız vəziyyətdə olub. Yoldan əsasən yüksək keçid qabiliyyətli avtomobillərlə istifadə etmək mümkün idi.

Xanhüseyn Hüseynovun təşəbbüsü ilə yol genişləndirilib, hamarlanıb və avtomobillərin normal hərəkəti üçün yararlı vəziyyətə gətirilib. Yola asfalt örtüyü çəkilməsə də, əvvəlki vəziyyətlə müqayisədə gediş-gəliş xeyli asanlaşıb.

Görülən işlərin ən mühüm hissələrindən biri isə Gendov çayı üzərində körpünün salınmasıdır. Körpünün tikilməsi ilə iki kənd arasında avtomobillərin hərəkətinə mane olan əsas problemlərdən biri aradan qaldırılıb.

Bu təşəbbüsün əhəmiyyəti yalnız iki kənd arasında yolun açılması ilə məhdudlaşmır. Bilnə ilə Gendovun birbaşa avtomobil yolu ilə birləşdirilməsi faktiki olaraq Yardımlı və Lerik rayonları arasında daha qısa yol bağlantısının yaranması deməkdir.

Beləliklə, Xanhüseyn Hüseynovun şəxsi təşəbbüsü ilə görülən iş iki qonşu kəndi deyil, həm də iki rayonu bir-birinə daha da yaxınlaşdırıb.

Qeyd edək ki, Xanhüseyn Hüseynov ötən əsrin 80–90-cı illərində “Sən şamsan əgər”, “Mədinə”, “Səadət”, “Yandırdı məni” və digər mahnıların ifası ilə geniş tanınıb. Amma o, məclislərdə daha çox“Çahargah” və “Segah” muğamlarını ifa edib.

Xanhüseyn Hüseynovun oğlu İlham Hüseynov (İlham Xanhüseynoğlu) da atasının sənət yolunu davam etdirir və müğənni kimi fəaliyyət göstərir. Ata və oğul müxtəlif televiziya proqramlarında birlikdə də çıxış ediblər.

Xanhüseyn Hüseynov həm də Rusiya və MDB məkanında JONY adı ilə məşhurlaşan azərbaycanlı müğənni Cahid Hüseynlinin əmisidir. JONY uşaqlıq illərində gələcəkdə əmisi kimi müğənni olmaq istədiyini deyib. 2023-cü ildə Bakıda keçirilən konsertdə isə əmi və qardaşı oğlu “Sən şamsan əgər, pərvanən olum” mahnısını birlikdə ifa ediblər.

Bənzər Xəbərlər

12.08.2026 - 16:15Gülnar Əliyeva

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

12.08.2026 - 16:02Gülnar Əliyeva

Hava niyə vaxtından tez soyudu? -SƏBƏB

12.08.2026 - 15:48Gülnar Əliyeva

Bu bürcə sahib olanlara PİS XƏBƏR

12.08.2026 - 15:20Gülnar Əliyeva

Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı

12.08.2026 - 15:10Gülnar Əliyeva

Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?

12.08.2026 - 15:00Gülnar Əliyeva

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi - Fotolar

12.08.2026 - 14:20Gülnar Əliyeva

Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil

12.08.2026 - 13:52Gülnar Əliyeva

Hacı Məmmədliyə yüksək vəzifə verildi

12.08.2026 - 13:33Gülnar Əliyeva

“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 730

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 876

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 849

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 682
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.