Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Putindən sərt reaksiya: Bu ölkələrdən qisas alacağıq
  • Moskvada biznes tələsi – Elşad Mirbəşirli və vəkil aldadıldı
  • Hava niyə vaxtından tez soyudu? -SƏBƏB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»REDAKSİYANIN SEÇİMİ»Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı – “göbələk Feyruz” kimdir?

Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?

REDAKSİYANIN SEÇİMİ Gülnar Əliyeva12.08.2026 - 15:10
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində torpaq mübahisəsi yenidən gündəmə gəlib. Sakin Samil Musayev deyir ki, ailəsinə məxsus 12 hektar torpaq sahəsi təxminən 10-15 il əvvəl onun əlindən alınıb və bu ərazi sonradan daha böyük torpaq massivinə birləşdirilib. Samil Musayevin sözlərinə görə, torpağın əvəzində ona başqa ərazidə sahə veriləcəyi vəd olunub. Lakin iddiaçı bildirir ki, nə vəd edilən torpaq sahəsi ona təqdim edilib, nə də 12 hektar torpağa görə hər hansı ödəniş həyata keçirilib.

Samil Musayev bir neçə gün əvvəl Baku TV-yə müraciət edərək məsələ ilə bağlı danışıb. Onun sözlərinə görə, torpaq sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənədləri, o cümlədən çıxarış və arxiv materialları mövcuddur.

Şikayətçi iddia edir ki, torpağını geri tələb etdikdə ona faktiki olaraq “hara istəyirsən, şikayət et” məzmununda cavab verilib. Son illərdə Zirə ərazisində böyük torpaq massivlərinin ayrı-ayrı şəxslərin və kommersiya strukturlarının nəzarətinə keçməsi ilə bağlı müxtəlif iddialar səsləndirilib. Bu iddiaların bir hissəsində Prezident Adminstarsiyasının sabiq rəhbəri, hazırda istintaq altında olan Ramiz Mehdiyevin adı hallanır.

Məlumatlara görə, Ramiz Mehdiyevin partonajlığı altında Zirədə müxtəlif illərdə böyük torpaq sahələrində göbələk təsərrüfatları, istixanalar və zeytun bağları yaradılıb. Samil Musayevin 12 hektar torpaq sahəsi də məhz Mehdiyevin 1000 hektar torpağına qatılıb. Sakinlərin torpaqlarının aldadılma, müxtəlif vədlər və təzyiq yolu ilə əllərindən alındığı barədə məlumatlar mövcuddur. Zirədə söhbət ümumilikdə 1000 hektara yaxın torpaq massivindən gedir.

Torpaq almaq, Bakı, Zirə - bina.az
Bu torpaqların hansı hansı əsaslarla əldə edilməsi və hazırda hansı hüquqi şəxslərin və ya fiziki şəxslərin nəzarətində saxlanılması isə ciddi araşdırma tələb edən məsələlərdəndir. Samil Musayevin torpaq tələbinə “göbələk Feyruz” kimi tanınan Mehdiyevin adamı Feyruz Xanbala oğlu Rzayev “get hara istəyirsən şikayət elə” şəkilində cavab verib. Maraqlı məqam ondan ibarətdir ki, Ramiz Mehdiyev hazırda istintaq çərçivəsində hüquqi prosedurlarla üz-üzədir. Bununla belə, onun ailəsi və yaxın çevrəsi müxtəlif daşınmaz əmlak və torpaq sahələri üzərində nəzarəti davam etdirirlər.

Gələn məlumatlarda Zirədə zəbt olunmuş torpaq massivi Feyruz Xanbala oğlu Rzayevin üzərindən idarə olunur. Digər tərəfdən, bəzi iddialarda Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əlisəftər oğlu Əliyevin də bu ərazilərlə bağlı proseslərdə rolunun olduğu bildirilir. Zirə məsələsi Ramiz Mehdiyevin ailəsi və yaxın çevrəsi ilə bağlı illər ərzində səsləndirilən digər torpaq və daşınmaz əmlak iddialarını da gündəmə gətirir. Belə iddialar sırasında Abşeron rayonunun Novxanı qəsəbəsində 155 hektara yaxın torpaq sahəsi xüsusi yer tutur. Sözügedən ərazidə böyük təsərrüfat və üzüm bağlarının salındığı bildirilir. Novxanı və Saray bağları istiqamətində isə ayrı-ayrı vətəndaşların torpaqlarının və Xəzər dənizinin mühafizə zolağına aid ərazilərin hasarlanaraq müxtəlif mülklərə birləşdirilməsi ilə bağlı da iddialar səslənib.

Mehdiyevin fantastik biznes imperiyası çökdürülür? – Siyahı » XalqXeber.Az | Son xeberler Azerbaycan xeberleri
Bundan başqa, Quba rayonunun Xınalıq kəndi ərazisində 50 hektar torpağın, Goranboy, Abşeron və Bakıətrafı ərazilərdə isə ümumilikdə 216 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Mehdiyev ailəsinin və ya onun çevrəsinin nəzarətində olduğu barədə məlumatlar yayılıb. Ailə üzvlərinin adına müxtəlif torpaq sahələrinin rəsmiləşdirildiyi də iddialar sırasındadır. Məsələn, Maştağa qəsəbəsində Qalina Mehdiyevanın adına 892 sot, Bakıətrafı ərazilərdə isə qızı Kamilə Əliyevanın adına 240 sot torpaq sahəsinin olduğu bildirilir. Şabran rayonunda isə kürəkəni İlham Əliyev yerli sahibkar Mansur İbrahimova məxsus təxminən 100 hektarlıq meyvə bağlarını ələ keçirib.

Mehdiyev ailəsinin əmlakları ilə bağlı yayılan məlumatlar yalnız kənd təsərrüfatı torpaqları ilə məhdudlaşmır.

Bakının Tbilisi prospektində 36 sot torpaq sahəsində yerləşən villa, Əhmədli qəsəbəsində “Şərq-Qərb” nəşriyyatının ərazisində inşa edilmiş 408 mənzilli, 16 mərtəbəli yaşayış binası, Dilarə Əliyeva küçəsi 251A və İstiqlaliyyət küçəsi 11 ünvanlarındakı obyektlər, eləcə də 5 min kvadratmetrdən artıq sahəyə malik “Qrandezza” Ticarət Mərkəzi də müxtəlif vaxtlarda Mehdiyev ailəsi ilə əlaqələndirilən əmlaklar sırasında göstərilib. Bu əmlakların hansı hissəsi qanuni yolla əldə olunub, hansı hissəsinin əldə edilməsində vətəndaşların və ya dövlət torpaqlarının hüquqlarının pozulması barədə əsaslı sübutlar mövcuddur.

Samil Musayev isə bu böyük mənzərənin içərisində özünün 12 hektar torpağının taleyini gözləyən vətəndaşdır. Onun sözlərinə görə, torpağa dair sənədləri var və illər ərzində müxtəlif dövlət qurumlarına müraciət edib. Lakin iddiasına görə, indiyədək onun problemi həll edilməyib. Digər tərəfdən, Zirədə yüzlərlə hektarla ölçülən torpaq massivlərinin kimlərin nəzarətində olması barədə iddialar da müvafiq dövlət qurumlarının diqqətində olmalıdır.

Mövzuya qayıdacağıq.\\musavat.com

Bənzər Xəbərlər

12.08.2026 - 16:30Gülnar Əliyeva

Putindən sərt reaksiya: Bu ölkələrdən qisas alacağıq

12.08.2026 - 16:15Gülnar Əliyeva

Moskvada biznes tələsi - Elşad Mirbəşirli və vəkil aldadıldı

12.08.2026 - 16:02Gülnar Əliyeva

Hava niyə vaxtından tez soyudu? -SƏBƏB

12.08.2026 - 15:48Gülnar Əliyeva

Bu bürcə sahib olanlara PİS XƏBƏR

12.08.2026 - 15:35Gülnar Əliyeva

Naxçıvanda binalar belə görünəcək - Video

12.08.2026 - 15:20Gülnar Əliyeva

Özünü öldürmə həddinə çatdırma maddəsi ilə iş açıldı - Meşədə meyitləri tapılmışdı

12.08.2026 - 15:00Gülnar Əliyeva

Milyarderin oğlu bənövşəyi “Lamborghini” ilə qəza törətdi - Fotolar

12.08.2026 - 14:20Gülnar Əliyeva

Subay olanların DİQQƏTİNƏ: bunun üçün nikah şərt deyil

12.08.2026 - 14:06Gülnar Əliyeva

Azərbaycanda müğənni iki rayonu birləşdirən yol çəkdi - VİDEO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 730

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 877

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 850

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 682
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.